Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə minaya düşən Fərid Sədiyev: Altı xarici dil bilirdi, II Qarabağ müharibəsi iştirakçısı idi

Aprelin 28-də Tərtər rayonunun işğaldan azad edilən Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində tank əleyhinə minanın partlayışı nəticəsində üç nəfər həlak olub.

Həlak olanlar  “RPS Energy Ltd.” şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğludur.

Oxu.Az həlak olanlardan biri - Fərid Sədiyev Mehman oğlunun həyat yoluna qısa nəzər salıb.

F. Sədiyev 1996-cı il iyunun 6-da Sumqayıt  şəhərində doğulub. Sumqayıt şəhər Təfəkkür liseyini 2014-cü ildə bitirib. Həmin il M.V. Lomonosov adına Moskva Dövlət Universitetinə qəbul olub, universiteti bitirdikdən sonra eyni adlı universitetin magistr təhsilini alıb.

Altı xarici dil bilirdi. Magistr təhsilini bitirdikdən sonra 2020-ci ilin iyulunda hərbi xidmətə yollanıb. İkinci Qarabağ müharibəsi iştirakçısı olub, döyüşlərdə göstərdiyi şücaətə görə, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə, həmçinin müharibə iştirakçısı kimi medallarla təltif olunub.

2020-ci ilin oktyabr ayından minatəmizləmə şirkətində fəaliyyətə başlayıb.

Poliqon.info 


Etiket: Fərid Sədiyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay