Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA klublarda maaş limiti tətbiq etməyi planlaşdırır

Büdcələr qalxsa, rəqabət balansımızda problem yaşanacaq...

UEFA klublarda maaş limiti tətbiq etmək istəyir.

"Report" xəbər verir ki, bu barədə Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin BBC-yə açıqlama verib.

Sloveniyalı funksioner köhnə qitə klublarının bu ideyanı dəstəklədiyini bildirib: "Böyük, kiçik və milyarderlərə məxsus klublar - hamı razıdır. Gələcəkdə maaş limitini ciddi şəkildə düşünməliyik. Büdcələr qalxsa, rəqabət balansımızda problem yaşanacaq. Beş klub həmişə qalib gəlirsə, artıq bunun mənası yoxdur".

Çeferin bunun hamıya şamil edilməli olduğunu diqqətə çatdırıb: "Bu, kollektiv sözləşmə olmalıdır. Biri etsə, hansısa liqalar etməsə, mənasız olacaq. Ümid edirəm ki, bunu tez zamanda həyata keçirəcəyik. Hələlik belə qayda var, 2024-cü ildən sonra gəlirinizin 70 faizə qədərini maaşlara və transferlərə xərcləyə bilərsiniz. Amma gəliriniz beş milyarddırsa, 70 faiz də kifayət qədər çoxdur".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ən çox oxunanalar