Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağ rayonunda qanvermə aksiyası keçirilib

Qaradağ rayonunda xalqımızın görkəmli alimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə əlaqədar qanvermə aksiyası keçirilib...

Qaradağ rayonunda xalqımızın görkəmli alimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə əlaqədar qanvermə aksiyası keçirilib.

28 aprel 2023-cü il tarixində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.
Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib.

Prezident İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 3 noyabr 2022-ci il tarixli Sərəncamından sonra ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində görkəmli elm xadiminin yubileyi ilə bağlı tədbirlər Qaradağ rayonunda da geniş şəkildə qeyd olunur.
Zərifə Əliyevanın əziz xatirəsinə həsr edilmiş silsilə tibbi aksiyalar keçirilir.
Heydər Əliyev Fondunun başladığı “Talassemiyasız həyat naminə” aksiyasına dəstək olaraq Qaradağ Rayon İcra Hakimiyyəti və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə 25 aprel 2023-cü il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. Aksiyada 100-ə yaxın rayon sakini təmənnasız olaraq qan verib.

Ümid edirik ki, verilən qan talassemiya və hemofiliyadan əziyyət çəkən şəxslərə şəfa verəcəkdir.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Ən çox oxunanalar