Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb

Pakistanın Bəlucistan vilayətinin paytaxtı Kvetta şəhərində törədilmiş partlayış nəticəsində ikisi polis əməkdaşı olmaqla ən azı 4 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında qadın və uşaqlar da var.

APA Pakistan mediasına istinadla xəbər verir ki, Qəndahari bazarı ərazisində ilkin ehtimala görə 3-4 kiloqram partlayıcı qurğu yerləşdirilmiş motosiklet partlayıb. Nəticədə polis avtomobili də daxil olmaqla 2 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Dərhal hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və tibb işçiləri cəlb olunub. Səhiyyə qurumlarının rəsmiləri xəsarət alanlardan bəzilərinin vəziyyətinin ağır olmasını nəzərə alaraq, ölü sayının çoxalacağını istisna etmir.

Pakistanın Baş naziri Şahbaz Şərif ölümlə nəticələnən hücumu pisləyərək, terrorçuların məkrli planlarının puç olacağını bildirib. Qadağan edilmiş Bəluc Azadlıq Ordusu məsuliyyəti üzərinə götürüb.

Qəndahari bazarı ilə təxminən eyni vaxtda Munir Menqal yolunda başqa bir polis avtomobili hədəf alınıb. Nəticədə yoldan keçən 2 nəfər xəsarət alıb.

Poliqon.info


Etiket: Pakistan terror


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sümbülə Əliyeva: "Öz yerimə təyin etdiyim şəxs bütün sənədləri saxtalaşdırıb"

Rusiya Paşinyanla açıq müstəvidə mübarizəyə keçir?

Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə gilas ziyandır?

Natiq Cəfərli: Çörəyin qiymətində artıma gediləcək...

Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alırlar?

"Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşib

İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib - Yenilənib

Xamenei amerikalı tələbələrə müraciət edib, Mayk Conson cavab verib

Baqrat Srbazan: "Paşinyanla həbsxanada görüşəcəyəm"

Ən çox oxunanalar