Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN: “Muğanlı-İsmayıllı-Qəbələ yolunda torpaq sahəsinə və ağaclara dəyəcək zərər hesablanır”

“Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması zamanı yaşayış sahəsinə zərər dəyməyəcək”.

APA xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi”nə dair hesabat tədbirində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin layihələrin və ekoloji normativ sənədlərin ekspertizası şöbəsinin müdiri Mübariz Əliyev deyib.

Onun sözlərinə görə, hazırda torpaq sahəsinə və ağaclara dəyəcək zərər hesablanır:

“Bu zərərə görə, layihənin icrası çərçivəsində dövlətdən ayrılan vəsait hesabına podratçı şirkət tərəfindən ödəniş təmin ediləcək. Məsələn, İsmayıllının Talıstan meşəsində 1433, Qalıncaq meşəsində 2135, Şahdağ milli parkı ərazisində 1795, Yenikənd meşəbəyiliyi ərazisində 544 ağac və digər ərazilər də daxil olmaqla cəmi meşə fondu üzrə 4918, milli parklar üzrə 1820 ağacın kəsilməsi və ya köçürüləcəyi məlum olub. Bunlar hamısı qiymətləndirilib hesablanacaq. Yekun rəydə göstəriləcək”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar