Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin iki ölkəni barışdırdı: növbədə Rusiya və Ukraynadır? – Şərh

Çin yeddi illik fasilədən sonra İranla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələri yenidən bərpa edib.

Rəsmi Pekin bu dəfə daha çətin bir missiyanı üzərinə götürüb. Söhbət Çinin Rusiya-Ukrayna müharibəsinin sonlandırılması və tərəflər arasında sülh müqaviləsinin imzalanması istiqamətində diplomatik fəaliyyətini artırmasından gedir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Pekinin sülh planı Kiyevi qane etmir və Ukrayna indi sülh yox, Krım da daxil olmaqla işğal olunmuş bütün torpaqlarını azad etmək, 1991-ci il sərhədlərini bərpa etmək barədə düşünür:

“Bu isə həm də Qərbin Ukraynaya dəstəyinin nəticəsidir. Putin bir neçə dəfə sülhə hazır olduğunu deyib, amma bu, Kremlin sabah sülh müqaviləsini imzalayacağı kimi başa düşülməməlidir. Əks halda tərəflər çoxdan razılığa gəlmiş olardılar. Əslində, indi əsas məsələ sülh müqaviləsi yox, onun şərtləridir. Belə ki, həm Putin, həm də onun ukraynalı həmkarı Zelenski sülh müqaviləsi ehtimalını istisna etmirlər. Amma irəli sürülən şərtlər və tələblər fərqlidir.

Putinin sülhlə bağlı fikirlərində səmimi olduğunu düşünmürəm. Onun sözləri daha çox manipulyasiya xarakterlidir. Kreml rəhbəri, sadəcə, humanist görünmək istəyir.

Sülh perspektivi getdikcə azalır. Döyüşlərin miqyası genişlənir. Üçüncü güclərin müharibədə iştirakı ehtimalı artır. Ukrayna artıq tamamilə ABŞ-dan asılı vəziyyətə düşüb. Rusiya isə tədricən sivil dünyadan tədric olunur. Kreml hərbi-siyasi elitasında ikitərəflilik güclənir. Bütün bunlar onu deməyə əsas verir ki, artıq geriyə yol yoxdur”.

(Turan Rzayev)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar