Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya XİN taxıl müqaviləsini uzatmağa hazır olduğunu açıqlayıb

Rusiya müddəti martın 18-də başa çatan Ukrayna ilə taxıl müqaviləsinin uzadılmasına etiraz etmir...

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin məsələ ilə bağlı Cenevrədə BMT ilə danışıqlar başa çatdıqdan sonra deyib.

Rusiya tərəfi BMT-nin baş katibi Antoniu Quterreş tərəfindən təklif edilən İstanbul sazişlərinin paket xarakterini qeyd edərək, Qara dəniz təşəbbüsünün ikinci müddətinin 18 martda başa çatmasından sonra yalnız 60 gün müddətinə yenidən uzadılmasına etiraz etmir”, - Verşinin bəyan edib.

O, qeyd edib ki, Moskvanın sövdələşmənin uzadılması ilə bağlı gələcək mövqeyi Rusiya kənd təsərrüfatı ixracının, o cümlədən bank ödənişləri, nəqliyyat logistikası, sığorta, maliyyə fəaliyyətinin dondurulmaması və tədarükün “normallaşdırılması istiqamətində real - sözdə deyil, əməli addımlardan” asılı olacaq.

Nazir müavini vurğulayıb ki, hazırda Aİ, ABŞ və Böyük Britaniyanın Rusiya ərzaq məhsullarına qarşı elan etdiyi sanksiyaların yumşaldılması heç bir nəticə vermir.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Azərbaycan gimnastları Monteneqroda yeddi qızıl medal qazanıblar - Fotolar

Ən çox oxunanalar