Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə kütləvi məzarlığın yeri niyə bilinmir? 

Pilot layihənin qazıntı ilə bağlı cari il üçün planlaşdırılan son mərhələsi BQXK-nın təqdim etdiyi koordinatlar üzrə 2022-ci ilin noyabr ayının 11-dən etibarən işğaldan azad edilmiş Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndində başlayıb. Plana əsasən, qazıntı prosesi noyabr ayının 25-dək davam edib.

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

“Toplanmış məlumatlara əsasən, həmin ərazidə kütləvi məzarlıq mövcud olub. Ancaq qazıntı prosesində kütləvi məzarlıq aşkar edilməsə də, ərazinin müxtəlif sahələrində 6 nəfərə aid sümük qalıqları aşkarlanaraq götürülüb. Mütəxəssislərin fikrinə görə, insan qalıqlarının əraziyə dağılmasının səbəbi işğal dövründə Ermənistan tərəfindən ərazidən əkin sahəsi kimi istifadə edilməsidir. 28 illik işğal dövründə dəfələrlə ağır texnika vasitəsi ilə ərazidə şumlamanın aparılması kütləvi məzarlığın dəqiq yerinin itməsinə və qalıqların sahəyə yayılmasına səbəb olub. Ərazidə qazıntı işləri gələcəkdə davam etdiriləcək.

Ümumiyyətlə, ötən ilin fevral, sentyabr, oktyabr və noyabr aylarında Xocavənd rayonu Edilli və Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndlərinin ərazilərində aidiyyəti dövlət qurumlarının mütəxəssis qrupu və BQXK-nın ekspertlərindən ibarət 35-40 nəfərlik heyət tərəfindən həyata keçirilmiş qazıntı və ekshumasiya prosesində 32 nəfərə aid meyit qalıqları aşkarlanaraq götürülmüş və müvafiq ekspertizanın aparılması məqsədilə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib”, - Dövlət Komissiyasının katibi qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ən çox oxunanalar