Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron rayonunda abadlıq-təmizlik işləri davam etdirilir

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramının ilk çərşənbəsindən başlanan iməclik tədbirləri bayramın son günlərinə qədər hər həftənin şənbə və bazar günləri davam etdirilir. Abadlıq-təmizlik və ağacəkmə işlərində rayonun kənd-qəsəbə bələdiyyələri və inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri iştirak edib.

Bu tədbirlər çərçivədində Görədil kəndində Ağəli Məşədioğlu küçəsinə və Yeni Yaşayış Massivindəki küçələrə asfalt örtüyü çəkilmiş, küçə işıqlandırılması istiqamətində kabellər çəkilərək işıq dirəkləri bərkidilmişdir. Novxanı kəndində şəhid Xudayar Yusifzadə və Əzim Əzimzadə küçələri alfaltlanmış, kəndin qədim ərazilərində isə genişmiqyaslı abadlıq işləri həyata keçirilmişdir. Güzdək qəsəbəsində küçə işıqlandırılması işlərinə başlanılmış, Pirəkəşkül qəsəbəsinin əsas prospekti tamamilə yenidən qurularaq asfaltlanmış, işıq dirəkləri və təhlükəsizlik kameraları quraşdırılmışdır. Qobu qəsəbəsinin yeni yaşayış massində kanalizasiya xətləri çəkilmiş, yağış sularının axıdılması üçün infrastruktur yaradılmışdır. Qəsəbənin daxili küçələrində, o cümlədən Qobu-Güzdək yolunda gecə işıqlandırması təmin etmək məqsədi ilə kabel xətləri çəkilmiş və işıq dirəkləri bərkidilmişdir. Rayonun Saray qəsəbəsinin Mikayıl Müşfiq küçəsində 2 kilometr uzunluğunda su xəttinin yenilənməsi işlərinə başlanılıb, Həsən bəy Zərdabi küçəsində isə böyük ağacəkmə və abadlıq işləri həyata keçirilmişdir. Eləcə də Saray-Novxanı yolunda köhnə kanalizasiya xətlərinin dəyişdirilməsi işlərinə başlanılıb.

Abadlıq-təmizlik və ağacəkmə işləri çərçivəsində magistral yolların, küçə və prospektlərin, məhəllədaxili yolların və dalanların, yaşayış binalarının ətrafı tikinti və məişət tullantılarından təmizlənmiş, texniki vasitələrlə ərazidən uzaqlaşdırılmışdır. Bundan əlavə yaşıllıq sahələrində mövsümi işlər görülmüş, park və bağlarda ağaclara aqroqulluq göstərilib.

Fotolar

Poliqon.info


Etiket: Abşeron iməclik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Əməkdar artist Hissi tanımadı: “Hissdir, kömürdür, bilmirəm” - Video

Ən çox oxunanalar