Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT: “Qoşulmama Hərəkatına sədrlik etdiyi üçün Azərbaycana təşəkkür edirik”

"Azərbaycanın bu təşəbbüsü dövlətlərə COVID-19-dan sonrakı bərpa üçün birləşməyə imkan verir"...

“Qoşulmama Hərəkatı “Soyuq Müharibə” başa çatdıqdan sonra daha geniş əməkdaşlıq üçün platforma statusu qazanıb”.

Bunu BMT-nin Cenevrə Ofisinin Baş direktoru Tatyana Valovaya Bakıda işə başlayan Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.

“Burada BMT-nin Baş katibi Antonio Quterreşi təmsil etməkdən çox məmnumam”, - T.Valovaya bildirib.

Onun sözlərinə görə, pandemiya “Böyük Depressiya”dan sonra dünyada ən böyük işsizlik problemi yaradıb, ən ağır çətinliklər isə ÜDM-i aşağı olan ölkələrin təhsil sistemində meydana gəlib.

Pandemiya ilə mübarizədə səyləri birləşdirmək məqsədilə QH-yə sədrlik edən Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupu yaradılıb.

"Son 3 il ərzində Hərəkata üzv dövlətlər ardıcıl olaraq bütün mövcud platformalardan, o cümlədən BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasından istifadə edərək, dövlətləri vaksinlərin bərabər paylanmasını və əlçatanlığını təmin etməyə çağırıblar. Pandemiya başladıqdan qısa müddət sonra Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas tibbi və humanitar ehtiyacları haqqında məlumat bazası yaradan xüsusi işçi qrupu təsis edilib və bu, pandemiya ilə mübarizədə lazımi dəstəyin təmin edilməsində BMT-nin xüsusi agentlikləri üçün istiqamətverici rol oynayıb ", - Valovaya bildirib.

"Azərbaycanın bu təşəbbüsü dövlətlərə COVID-19-dan sonrakı bərpa üçün birləşməyə imkan verir", - o deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Ən çox oxunanalar