Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Qərbə qarşı yeni ittihamları - Doğrudanmı Qərbdə Rusiyanın parçalanmasını hazırlayırlar?

Rusiya prezidenti hesab edir ki, ABŞ-ın yeni kolonnial siyasətində Rusiyaya yer yoxdur...

Siyasi-şərhçi: “Putin bu gün bu mövzularda ona görə danışır ki, o artıq məğlubiyyətin soyuq nəfəsini kürəyində hiss edir. Əlbəttə ki, başladılan hər bir müharibənin ödəniləcək əvəzi var və Putinin də verəcəyi əvəz Rusiya dövləti ola bilər. Ona görə də indiki vəziyyətin yaranmasında Qərbdən daha çox Kremlin günahı var, deyə bilərəm”.

Rusiya da heç bir şeylə Qərbdən fərqlənmir. Moskva Qərbdən daha dəhşətli, qanlı və acımasız imperalist qüvvədir və Putinin bu açıqlamaları hər şeydən əvvəl acı gülüş doğurur”.

Bu sözləri siyasi-şərhçi Tural İsmayılov Putinin Qərb iddiasını Poliqon.info-a şərh edərkən qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə sensasion iddia ilə çıxış edib. O bildirib ki, Qərbin hədəfi Rusiyanı bölməkdir. Moskvada, Uralda başqa vilayətlərdə yeni dövlətlər yaratmaqdır. Bu üzdən Rusiya prezidenti hesab edir ki, ABŞ-ın yeni kolonnial siyasətində Rusiyaya yer yoxdur.

Bəs bu iddia nə dərəcədə real ola bilər?

Mövzunu Poliqon.info-un əməkdaşı siyasi-şərhçi Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Ümumiyyətlə, istər Qərbin, istərsə də Rusiyanın, ya da Çinin, nə bilim, Hindistanın ekspansionist siyasi yanaşmalarının tarixi “parçala, hökm sür” siyasəti üzərində qurulub”.

İstənilən halda imperialist toqquşmaların daha zəif dövlətlərin, xalqların, millətlərin istismarına səbəb olduğunu nəzərə çatdıran ekspert qeyd edib ki, bu da tarixin acı reallıqlarından biridir:

“Putinin bu iddiası sadəcə iddia deyil. Hər kəsə bəllidir ki, ABŞ mərkəzli Qərb imperializminin ən böyük hədəflərindən biri Şərqə doğru uzanmaqdır. Buna görə də onlar bütün vasitələrdən istifadə edərək bu coğrafi, mənəvi, ekspansionist qəsdi davam etdirirlər.

Amma məsələ ondadır ki, Rusiya da heç bir şeylə Qərbdən fərqlənmir. Moskva Qərbdən daha dəhşətli, qanlı və acımasız imperalist qüvvədir və Putinin bu açıqlamaları hər şeydən əvvəl acı gülüş doğurur. Qərbin nəyi planlaması isə əhəmiyyətsizdir. Ona görə əhəmiyyətsizdir ki, əgər Putin aqressiv və açıq faşist ideologiyaya dayanan işğalçı planları ilə bu planların reallaşmasına rəvac verməsəydi, indi bu planlar haqqında da danışmağa da dəyməzdi. Putin bu gün bu mövzularda ona görə danışır ki, o artıq məğlubiyyətin soyuq nəfəsini kürəyində hiss edir. Əlbəttə ki, başladılan hər bir müharibənin ödəniləcək əvəzi var və Putinin də verəcəyi əvəz Rusiya dövləti ola bilər. Ona görə də indiki vəziyyətin yaranmasında Qərbdən daha çox Kremlin günahı var, deyə bilərəm.

Eyni zamanda nəinki Putindən sonra, Putinin hakimiyyəti dövründə belə Qərb imperializminin Şərqə doğru genişlənməsi əsas siyasi xətlərdən və dilemmalardan biri olub. Hesab edirəm ki, bu siyasət də davam edəcək və hətta bunu təbii rəqabət prosesi də adlandırmaq olar. Ümumiyyətlə, istər Qərbin, istərsə də Rusiyanın, ya da Çinin, nə bilim, Hindistanın ekspansionist siyasi yanaşmalarının tarixi “parçala, hökm sür” siyasəti üzərində qurulub. Bu baxımdan bunun dünya siyasətinin reallığı kimi qəbul etməliyik.

Tural İsmayılov: “Bu qarşıdurmada tərəflədən biri yox olana qədər davam edəcək və hazırda yox olacaq tərəf isə Rusiya görünür. Putin də bunu hiss etdiyinə görə şikayət edir. Amma məncə şikayət etməməli, əkdiyini biçməlidir”.

Ona görə də istənilən halda Qərbin bütün bu ekspansionist siyasəti dövlətlərin daha rasional və ağıllı addımlar almalarını tələb edir. Rusiyanın Ukraynada həyata keçirdiyi işğalçılıq siyasəti və ümumiyyətlə, Moskvanın bölgədə özünün geopolitik potrenajlığı üçün həyata keçirdiyi aqressiv siyasətlə ABŞ imperializmlə fərqli bir siyasi mövqe ortalığa qoya bilmədiyini bir daha sübut etdi. Bu qarşıdurmada tərəflərdən biri yox olana qədər davam edəcək və hazırda yox olacaq tərəf isə Rusiya görünür. Putin də bunu hiss etdiyinə görə şikayət edir. Amma məncə şikayət etməməli, əkdiyini biçməlidir.

Hazırda dünyada iki qlobal siyasi güc mərkəzləri arasındasavaş gedir. Obrazlı desək, dünya imperializminin savaş mərkəsində iki güc var. Rusiya tərəf olaraq oradan qalxdıqdan sonra qarşıdurmanın yeni tərəfləri ortaya çıxacaq. Onlar da əslində bəllidir. Bunlar Çin və Hindistandır. Lakin yeni qarşıdurma üçün hələ uzun bir yol geçilməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

İcra başçısının xanım müavini işdən çıxarıldı

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay