Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici işlər nazirinin müavini Elnur Məmmədov BQXK prezidenti Miryana Spolyariç Egger ilə görüşüb

Fevralın 27-də Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrə şəhərinə səfəri çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Egger ilə görüşüb...

Bu barədə Poliqon.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycanla BQXK arasında əməkdaşlıq, bölgədə post-münaqişə dövründə humanitar məsələlər və Laçın yolu ətrafında vəziyyət müzakirə olunub.

Nazir müavini Elnur Məmmədov Laçın yolundan sui-istifadə də daxil olmaqla Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı həyata keçirilən və 75 gündən artıq davam edən etirazlar dövründə BQXK ilə həyata keçirilən əməkdaşlıqdan məmnunluqla bəhs edib.

BQXK şahid olduğu kimi, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı tətbiq edilən “blokada” və “humanitar fəlakət”lə bağlı irəli sürülən iddiaların heç bir əsasının olmadığını vurğulayıb. BQXK-nın ərazidə fəaliyyət göstərməsinin, avtomobillərinin mütəmadi əsasda yoldan istifadə etməsinin buna sübut olduğu bildirilib.

Vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin yol boyu hərəkət rejiminin dəyişməz olaraq qaldığı, Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli əhaliyə hər bir yardım göstərməyə hazır olduğu nazir müavini tərəfindən diqqətə çatdırılıb.

Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

poliqon.info


Etiket: XİN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Ən çox oxunanalar