Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı tədbir keçirilib

27 sentyabr 2023-cü il tarixində Şirvan Diaqnostika Mərkəzində Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı tədbir keçirilib...

Poliqon.info xəbər verir ki,tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Ilqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyətinin və Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin məsul əməkdaşları, səhiyyə işçiləri iştirak edib.

Öncə tədbir iştirakçıları Şirvan Diaqnostika Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyasının və şəhər məktəblilərinin əl işlərindən və rəsm əsərlərindən, həmçinin Heydər Əliyev Mərkəzinin eksponatlarından ibarət sərgi ilə tanış olublar. Sonra məktəblilərin ifasında Ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş olunub.

Tədbir Şirvan Diaqnostika Mərkəzinin akt zalında davam edib. Müstəqilliyimizin memarı, Ümummilli lider Heydər Əliyevin, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevanın, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına canından keçən şəhidlərin və qardaş Türkiyə Respublikasında zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov səhiyyə işçilərini salamlayaraq, onlara şərəfli və məsulliyyətli işlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi xidmətlərdən söz açıb. Hələ ötən əsrin 70-80-ci illərində tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmasından, tibb elmi və səhiyyə sahəsində mövcud durğunluğun aradan qaldırılmasına nail olmasından bəhs edib. Tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyevin respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmasına nail olduğunu diqqətə çatdırıb. Azərbaycan Dövlət Tibb İnstitutunun keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilməsində, tibbi kadr hazırlığında rolunun artmasında Ulu öndərin zəhmətini xüsusi vurğulayıb. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə keçmiş İttifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olduğunu qeyd edib. Zərifə Əliyeva, İbrahim Topçubaşov, Həmidbəy Mahmudbəyov, Tamerlan Əliyev, Tağı Tağızadə, Adilə Namazova, Böyükkişi Ağayev və başqalarının bu gün səhiyyəmizin inkişaf tarixində ən mötəbər yerlərdən birini tutduğunu bildirib. Məhz Heydər Əliyevin tapşırıq və tövsiyələri ilə müasir profilli tibb müəssisələri açıldığnı, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün müasir tipli tam təchizatlı binaların tikilib xalqın istifadəsinə verildiyini söyləyib. Ulu öndər Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hazırda Azərbaycan səhiyyəsinin inkişafı, milli kadr potensialının gücləndirilməsi, müasir avadanlıqlarla təchiz edilmiş tibb müəssisələrinin yaradılması sahəsindəki fəaliyyətinin bəzi məqamları barədə məlumat verib.

Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kamil Əhmədov, Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Mətanət Səfərova, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbə müdiri Mehparə Səmədova, səhiyyə işçiləri Təranə Cəlilova və Nərmin Salmanova çıxış edərək, Ulu Öndərin sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili sahəsinin, eləcə də Azərbaycan səhiyyəsinin bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrların yetişdiyini bildiriblər. Hazırda Azərbaycanın milli tibb kadrlarının nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş ölkələrinin tanınmış tibb müəssisələrində də böyük müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini qeyd ediblər. Dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizədə səhiyyə işçilərinin əvəzsiz xidmətlərini xüsusi vurğulayıblar.

Çıxışlardan sonra Ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Fotolar

poliqon.info


Etiket: Heydər Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar