Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin və Baydenin müraciətləri... - Verilən mesajlar hansı inkişaf prosesinə sürükləyə bilər?

Dünən Putinin və Baydenin verdikləri mesajlar beynəlxalq siyasətə, geosiyasi qarşıdurmaya, o cümlədən Ukrayna müharibəsinə hansı təsirləri ola bilər?

Politoloq: “Putinin çıxışı əslində bir daha göstərdi ki, onun geriyə dönüşü yoxdur. Rusiya prezidenti anlayır ki, bu proses sonuna qədər gedilməsə, yaratdığı rejim tamamilə məhv olaca”.

“Bayden sonuna qədər Ukraynanın arxasında duracaqlarını və 50-ə yaxın anti-Rusiya koalisiyasının axıra qədər Ukraynaya dəstək verəcəyini dedi”.

Bu sözləri politoloq Natiq Miri RusiyaABŞ prezidentlərinin müraciətlərini Poliqon.info-a şərh edərkən qeyd edib.

Dünən Rusiya prezidenti Putin Federal Məclisə, ABŞ prezidenti Co Bayden isə Varşavadan bütün dünyaya müraciət edilər və təbii ki, bu müraciətlərin əsas mövzusu Ukrayna müharibəsi idi.

Ayrı-ayrılıqda bu müraciətləri necə dəyərləndirmək olar və verilən mesajlar beynəlxalq siyasəti, geosiyasi qarşıdurmanı, o cümlədən Ukrayna müharibəsini hansı inkişaf prosesinə sürükləyə bilər?

Mövzunu Poliqon.info-un əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bir yanda fantaziya və Rusiya xalqını növbəti dəfə aldatmağı görürüksə, digər tərəfdə real dəstəyi görürük”.

Vəziyyət belə davam edəcəksə, Rusiyanın itkilərinin dəfələrlə artacağı reallığını vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu da getdikcə Rusiya ictimaiyyəti arasında ciddi narazılıqla bərabər, hərbi-siyasi elita arasında da narazılığı tətikləyəcək:

“Putinin çıxışı əslində bir daha göstərdi ki, onun geriyə dönüşü yoxdur. Rusiya prezidenti anlayır ki, bu proses sonuna qədər gedilməsə, yaratdığı rejim tamamilə məhv olacaq. Bu baxımdan Putin özü ilə bərabər Rusiya dövlətçiliyini də çox sürətlə məhv olmağa aparır. Çünki Putinin dedikləri yalnız sözdən ibarət idi. Hərbi cəhətdən əməliyyatların keçirilməsi və uğurları ilə bağlı, eyni zamanda yeni texnologiyanın tətbiqi ilə bağlı açıqlamalar var idi. Ancaq bunların içərisində konkretlilik yox idi. Putinin çıxışı bir növ nağıla bənzəyirdi.

Oturub Putini dinləyən Rusiya siyasi elitasının üzvlərinin bu açıqlamalardan o qədər də məmnun olmadıqları açıqca sezilirdi. Çünki Rusiyanın uzun müddətli müharibə aparmaq potensialı, imkanı o qədər də böyük deyil. Doğrudur, Rusiyanın əhali sayı Ukraynadakıdan 3 dəfə artıqdır. Ancaq müasir müharibədə Putinin indi tətbiq etdiyi üsulla, yəni ətdən divar çəkmək üsulu ilə qalib gəlmək mümkün olmur. Bu ikinci dünya müharibəsi dövründə qaldı. Bu gün ın müasir texnologiyalarla, hətta əsgərlərin kontaktı olmadığı halda qarşı tərəfin ordusuna çox böyük zərbələr vurmaq mümkün olur. Strateji obyektləri uzaqdan tamamilə məhv etmək olur. Buna görə də Putinin dedikləri reallıqdan çox-çox uzaq görsənirdi.

Bir də Putinin alternativ ABŞ prezidenti Baydenin dediklərini düşünün. Bayden sonuna qədər Ukraynanın arxasında duracaqlarını və 50-ə yaxın anti-Rusiya koalisiyasının axıra qədər Ukraynaya dəstək verəcəyini dedi. Eyni zamanda Bayden bu məslədə Ukraynanın Rusiya tərəfindən əzdirilməyəcəyinə zəmanət verdi. Bunun üçün də artıq ciddi mənada qərarlar qəbul olunub və hərəkətə keçirilib.

Natiq Miri: “Yay aylarına qədər Ukraynanın böyük şansı və imkanı var ki, ötən ilin fevralın 24-dəki inzibati sərhədlərə qədər işğalda olan torpaqlarını azad edib, Krımın sərhədlərinə çatsın”.

Bir yanda fantaziya və Rusiya xalqını növbəti dəfə aldatmağı görürüksə, digər tərəfdə real dəstəyi görürük. Bu kontekstdə yaxın zamanda əks hücuma keçəcək gücdə olan Ukrayna ordusunu və onun arxasında olan Qərb dünyasını görürük. Reallıq bundan ibarətdir ki, vəziyyət belə davam edəcəksə, Rusiyanın itkiləri dəfələrlə artacaq. Bu da getdikcə Rusiya ictimaiyyəti arasında ciddi narazılıqla bərabər, hərbi-siyasi elita arasında da narazılığı tətikləyəcək. Artıq belə bir narazılığın su üzərinə çıxdığı hiss olunur. Düşünürəm ki, bu təhlükə getdikcə artacaq.

Ayrıca Rusiyaya dəstək verən ölkələrin də sayı getdikcə azalacaq. Ortada bir fakt var ki, artıq İran Avropa Birliyinin sanksiya təhdidləri fonunda ballistik uzaqmənzilli raketlərin Rusiyaya satılmasından imtina etdi. Bu da Rusiya üçün çox böyük itkidir. Çünki Rusiya bu gün Ukraynanı intensiv şəkildə uzaqmənzilli raketlərlə vurmaq potensialı o qədər də böyük deyil. Doğrudur, müəyyən mənada istehsal var, amma bu istehsal yetərli deyil. Eyni zamanda ehtiyatlar surətlə tükənməkdədir.

Buna görə də nə qədər canlı qüvvə, hərbi təlimlər keçmiş qüvvələr olmuş olsa da, ordunun hərbi və qida təchizatı da getdikcə zəifləməkdədir. Bütün bunlara görə mən Putinin dediyi kimi böyük parlaq qələbəsini görmürəm. Əksinə, düşünürəm ki, yay aylarına qədər Ukraynanın böyük şansı və imkanı var ki, ötən ilin fevralın 24-dəki inzibati sərhədlərə qədər işğalda olan torpaqlarını azad edib, Krımın sərhədlərinə çatsın. Potensial olaraq Ukraynanın belə ehtimalı çox böyükdür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

İcra başçısının xanım müavini işdən çıxarıldı

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Rafiq Quliyev Eldar Əzizovun xəbərdarlığından nəticə çıxarmır - Xətaidə COP29 adı altında səkilər zəbt edilir - Fotolar

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Ən çox oxunanalar