Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan Türkiyəyə modul tipli 22 ev yola salınıb

Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 1 və 2 otaqlı belə evlərdə 10-12 nəfərin yaşaması üçün zəruri şərait yaradılıb...

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın şəhər, rayon icra hakimiyyətləri tərəfindən hər gün qardaş ölkəyə humanitar yardımlar göndərilir. Hazırda fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların isti sığınacaqlarla təmin edilməsi ən vacib məsələlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə Azərbaycanın şəhər və rayon icra hakimiyyətləri tərəfindən Bakı şəhərində sifariş olunmuş modul tipli 90 müasir ev hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir.

Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 1 və 2 otaqlı belə evlərdə 10-12 nəfərin yaşaması üçün zəruri şərait yaradılıb.

Fevralın 13-dən etibarən modul tipli 26 ev aidiyyəti şəhər, rayon icra hakimiyyətləri tərəfindən yola salınıb. Şirvan şəhər, Abşeron, Ağstafa, İmişli, Zaqatala, Goranboy, CəlilabadTərtər rayon icra hakimiyyətlərinin sifarişi ilə hazırlanmış daha 22 ev isə bu gün qardaş ölkəyə göndərilib.

Həftənin sonunadək yerli icra hakimiyyəti orqanları tərəfindən modul tipli daha 43 müasir evin təbii fəlakət bölgələrinə göndərilməsi nəzərdə tutulur.

Həmçinin icra hakimiyyətləri tərəfindən fəlakətin ilk günlərindən ziyan çəkmiş əhaliyə lazım olan isti paltar, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, çadırlar alınaraq qardaş ölkəyə göndərilir. İndiyədək 57 şəhər və rayon icra hakimiyyəti tərəfindən təşkil olunan humanitar yardım Türkiyənin Kahramanmaraş, Malatya, Adıyaman və digər bölgələrinə yola salınıb.

Şəhər və rayon icra hakimiyyətləri tərəfindən təbii fəlakət bölgəsinə humanitar yardımların göndərilməsi bundan sonra da davam etdiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Ən çox oxunanalar