Latviya hakimiyyəti sərxoş sürücülərdən müsadirə edilən avtomobilləri Ukraynaya göndərəcək…
Poliqon.info xəbər verir ki, bu barədə Delfi nəşri məlumat yayıb. Qəzet yazır ki, Latviya Seymi Ukraynanın mülki əhalisinə dəstək haqqında qanuna düzəlişlər qəbul edib.
Qeyd edilir ki, yeniliklərə əsasən, Latviyada sərxoş sürücülərdən alınan avtomobillər Ukrayna hökumətinin mülkiyyətinə verilə bilər.
Müdafiə, Daxili İşlər və Korrupsiyanın Qarşısının Alınması Komissiyasının sədri Raimonds Berqmanis bununla bildirib ki, hazırda Latviya hökuməti sərxoş sürücülərdən müsadirə etdiyi avtomobilləri sata, ehtiyat hissələri üçün sökə və ya təkrar emala göndərə bilər.
“İndiki şəraitdə bu avtomobillər Ukrayna xalqı üçün faydalı ola bilər. Ona görə də biz müvafiq qərar qəbul etdik”, deyə Berqmanis əlavə edib.
Eyni zamanda, hər bir konkret ələ müsadirə edilən avtomobillə bağlı hökumət qərar verəcək. Maşınlar Ukrayna hakimiyyəti ilə əməkdaşlıq edən xüsusi təşkilat vasitəsilə veriləcək.
Poliqon.info