Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən gəlib aksiya keçirilən ərazdən keçərək Laçına gedən BQXK-ya məxsus avtomobillər geriyə qaydıb.
***
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus bir yük, altı minik avtomobili aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.