Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan könüllüləri Kahramanmaraşda - Fotolar

Azərbaycan könüllüləri Kahramanmaraşda...

Azərbaycan Respublikası Prezidentİlham Əliyevin çağırışı ilə ötən həftə Azərbaycandan qardaş Türkiyəyə yollanan 100 nəfər Azərbaycanın könüllü gəncləri hadisə yerinə çatan kimi təbii fəlakətdən zərərçəkənlər üçün könüllü olaraq müxtəlif xidmətləri həyata keçirməyə başlayıblar. 

Könüllülərimiz təbii fəlakət nəticəsində zərərçəkən əhali üçün çadır şəhərciyinin salınmasında, evləri dağılmış insanların yemək və tibbi ləvazimatla təmin edilməsində, habelə Türkiyə Gənclər Fondu ilə Azərbaycan Gənclər Fondunun Kahramanmaraşın mərkəzində yerləşən qərargah ərazisində humanitar yardımların qəbul edilərək çeşidlənməsində fəal iştirak ediblər. Bununla yanaşı, tibb təhsili olan könüllülərimiz tərəfindən yerli əhaliyə ilkin tibbi yardımın göstərilməsi və daha sonra peşəkar həkimlərə yönləndirilməsi, eləcə də uşaqlara psixoloji dəstək xidmətləri təşkil olunub.

Qeyd edək ki, Türkiyənin rəsmi şəxsləri və xalqı Azərbaycan könüllülərinin qardaş köməyinə gəlməsini çox yüksək qiymətləndirib, könüllülərimizi görən yerli sakinlər onları emosional şəkildə sevinc göz yaşları ilə qarşılayıblar.

poliqon.info 

Fotolar




Etiket: Zəlzələ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış başlayıb

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

24 saylı Nizami Seçki Dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib

"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Ən çox oxunanalar