Cümə, 31 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan boksçusuna başı ilə zərbə endirən rəqib diskvalifikasiya olunub

Azərbaycanın daha 2 boksçusu Mərakeşdə “Qızıl kəmər seriyası” çərçivəsində keçirilən turnirdə yarımfinala yüksəlib

Federasiyadan verilən məlumata görə, 51 kq çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə Duqlas Trindade (Braziliya) ilə qarşılaşıb.

Rəqib ilk raundda başı ilə zərbə endirdiyindən diskvalifikasiya olunub. Yusifzadə yarımfinalda Martin Molina (İspaniya) ilə üz-üzə gələcək.

57 kq-dakı Ümid Rüstəmov da rinqdən qalib ayrılıb. O, Jan Kaysedonu (Ekvador) mübarizədən kənarlaşdırıb – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28). Rüstəmov yarımfinalda italiyalı Françesko İozia ilə döyüşəcək.

Hər iki boksçu yarımfinala yüksəlməklə, özləri üçün bürünc medalı da təmin ediblər. Bununla da bu mərhələdə mübarizə aparacaq milli üzvlərinin sayı 5-ə çatıb.

Finala gedən yolda Nəbi İsgəndərov (67 kq) Abdulhakim Akramla (Seyşel adaları), Sərxan Əliyev (71 kq) Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) ilə və Alfonso Dominqes (86 kq) Endi Lesmeslə (İspaniya) qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarışın 6-cı günündə Sərxan Əliyev rinqə çıxacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran casus şəbəkəsinə qarşı əməliyyat davam edir: Daha beş nəfər saxlanıldı - Yenilənib, Foto

Baxmut uğrunda döyüşdə dönüş nöqtəsi – Rusiya öz gücünü itirib...

Fazil Mustafanı vuran sui-qəsdçilər niyə tutulmur? – Növbəti teraktın baş verməməsi üçün…

İran generalının ittihamı əsassızdır, gülüncdür - Müdafiə Nazirliyi  

“İstənilən deputatdan güclüyəm”- Faiq Ağayev

Cavan Zeynallının həyat yoldaşı ilbizdən vəfat edib? - Video

Sünni-şiə söhbəti edən din xadimlərinə xəbərdarlıq 

“Rusiyanın Vardanyanla bağlı ikinci planı var” - Politoloq

Tapança ilə əsir saxladığı hamilə sevgilisini qətlə yetirdi – Video

Ən çox oxunanalar