Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli İnsanovdan qızıl külçələrlə bağlı açıqlama

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ildə həbs edilərkən müsadirə edilmiş mülklərinin və 40 kq həcmində qızıl külçələrinin ona qaytarılacağı ilə bağlı məlumatlara münasibət bildirib...

Partiyanın "Facebook" səhifəsində yerləşdirilmiş açıqlamada məlumatlar qarayaxma adlandırılıb:

"Sabiq səhiyyə naziri Əli İnsanovun Xızı rayonunda Qızılqazma deyilən yerdə vaxtilə sahəsi 42 kvadrat metr olan taxta evciyi olub. O vaxtlar belə evciklər hazır vəziyyətdə qurulub satılırdı. Həmin evciyin əlavə torpaq sahəsi olmayıb. Maraqlananlar gedib baxa bilərlər.

Əli İnsanov həbsdə olarkən məhkəmə iclaslarında bir neçə dəfə vəsatətlə çıxış edərək guya axtarış zamanı onun evindən götürülmüş qızıl külçələrin məhkəmə iclasına gətirilib nümayiş etdirilməsini xahiş edib. Əli İnsanovun bu vəsatətlərinə cavab olaraq məhkəmə sədri açıq iclasda bəyan edib ki, istintaq və məhkəmə sənədlərində qızıl külçələr barədə heç bir sənəd və məlumat olmadığına görə bu barədə vəsatət vermək lazımsızdır. Yalan və böhtan xarakterli yayılan məlumatın müəllifləri və sifarişçiləri Əli İnsanovun məhkəmə sənədlərini, çıxarışları tələb edə bilərlər”.

Qeyd edək ki, MTN generalı Akif Çovdarov 5 illik məhbəs həyatından sonra bu yaxınlarda 30 milyonluq əmlakını geri qaytarmağa nail olub.

pia.az


Etiket: Əli İnsanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Çin mafiyası Avropanın ən böyük fahişəxanasını satın alıb - 11 milyon avro...

Ən çox oxunanalar