Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nişanlısı ilə Bakıya gəzməyə gəlmişdi: Beş nəfərin öldüyü qəzanın təfərrüatı - Foto

Ötən gün Bakıda beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi məqamları məlum olub

APA-nın məlumatına görə, “Mercedes” markalı minik avtomobilinin ölən sürücüsü Goranboy rayon sakini, 25 yaşlı Vüqar Abdullayev, onun sərnişinləri - Goranboy rayon sakini, 25 yaşlı Jalə Aslanova və Samux sakini, 29 yaşlı Aytəkin Allahyarova Yeni il bayramı münasibəti ilə Bakıya gəzməyə gəliblərmiş.

Jalə Aslanova Vüqar Abdullayevin nişanlısı, Aytəkin Allahyarova isə xalası qızı olub.

Xatırladaq ki, ağır yol-nəqliyyat hadisəsi yanvarın 1-i paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə “Mercedes” markalı avtomobilin dirəyə çırpıldıqdan sonra “Toyota Prius”un qarşısına çıxması nəticəsində baş verib.

Qəza nəticəsində “Mercedes”də olan üç nəfər hadisə yerində, “Toyota Prius”da olan iki nəfər isə xəstəxanada vəfat edib. Ağır qəzada ölənlər: sürücülər - 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, 1994-cü il Pərviz Əlizadə, onların sərnişinləri - 1994-cü il təvəllüdlü Aytəkin Allahyarova, 2001-ci il təvəllüdü Könul Namazova, 1997-ci il təvəllüdlü Jalə Aslanovadır.

Fotolar

pia.az 


Etiket: Qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Ən çox oxunanalar