Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Yeni il gecəsi Ukraynaya genişmiqyaslı hücum edib

Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın İran istehsalı olan 13 “Şahed-136” PUA-sını məhv edib. 

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, ötən gecə Rusiya qoşunları Ukraynaya 31 raket və 12 aviasiya endirib. Bundan başqa, reaktiv yaylım atəş sistemi ilə 70-dən artıq atəş açılıb. 

Məlumata görə, hücum nəticəsində Çerniqov, Sum, Kiyev, Xmelnitski, Donetsk, Nikolayev və Xerson vilayətlərində mülki infrastruktura ziyan dəyib.

***

Rusiya ordusu Yeni il gecəsi Ukraynaya genişmiqyaslı hücum edib, Kiyevhava hücumundan müdafiə sistemi işə salınıb.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, 2023-cü il yanvarın 1-nə keçən gecə bütün Ukrayna ərazisində hava xəbərdarlığı elan edilib. Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba qeyd edib ki, vilayətdə hava hücumundan müdafiə sistemi işə salınıb.

O, teleqram kanalında da vətəndaşları təhlükəsiz yerlərdə qalmağa çağırıb.

"Kiyev vilayəti. Hava hücumundan müdafiə işləri görülür", - vilayət hərbi administrasiyasının rəhbəri bildirib.

Qeyd olunur ki, əvvəllər paytaxt və vilayət sakinləri partlayış səslərini eşidiblər, bundan sonra hava hücumu siqnalı verilib.

Eyni zamanda Kiyevin meri Vitali Kliçko paytaxtda baş verən partlayışların Ukrayna hava hücumundan müdafiə sisteminin nəticələri olduğunu vurğulayıb: "Paytaxtda partlayış səsləri eşidilir. Hava hücumundan müdafiə vasitələri işləyir".

pia.az 


Etiket: Müharibə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar