Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran ordusu: “Ən kiçik səhvdə İsraili məhv edərik”

İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü heç bir ölkənin İrana qarşı hərbi müdaxiləyə cəsarət etməyəcəyini deyib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü Şərif İranın Qəzvin şəhərində iştirak etdiyi proqramda ölkədəki nümayişlər və İrana qarşı hərbi təhdidlərdən danışıb. Ölkədə Məhsa Əmininin ölümündən sonra başlayan nümayişləri “düşmən qiyamı” adlandıran Şərif deyib:

“Komala, Xalq Münafiqləri, Ceyşul Adl və digər terror təşkilatları ölkədə qarışıqlıq və xaos yaratmağa çalışdılar. Məqsədləri İranın 44 illik paytaxtını dağıtmaq və ölkəni parçalamaqdır. Digər tərəfdən, Qərb dövlətləri də qiyamları dəstəkləyir. Almaniya kansleri İranın tanınmış futbolçusu ilə görüşərək guya İranı azad edəcəyini düşünür. Yenə Fransa prezidenti iranlı jurnalistlə görüşərək ölkəyə azadlıq gətirəcəyini xəyal edir. Yəni düşmənlərimiz bu qədər acizdir”.

İranın Yaxın Şərqdə ABŞ və İsraillə üz-üzə olduğunu və bu ölkələrlə vuruşduğunu vurğulayan Şərif bildirib ki, İranın hərbi potensialı inkişaf edib və bu, ABŞ üçün təhlükə deməkdir. Heç bir ölkənin İrana qarşı hərbi müdaxiləyə cəsarət etməyəcəyini qeyd edən Şərif vurğulayıb:

“Ən kiçik bir səhvdə işğalçı sionist İsrail rejimini məhv edərik”.

Şərif əlavə edir:

“Bu gün düşmənimiz yaxşı vəziyyətdə deyil və biz onlardan hər cəhətdən üstünük. Bu, meydanda öz əksini tapmış bir reallıqdır və ona görə də, regional irəliləyişimizə son qoymağımızı xahiş edirlər. Məsələn, Rusiyaya pilotsuz təyyarələr vermədik, ancaq israrla Rusiyaya bunları verdiyimizi və müharibənin gedişatını dəyişdirdiyimizi deyirlər. Dünənə qədər İslam Respublikasını elm və texnologiyadan uzaq bir ölkə kimi görürdülər. İndi isə deyirlər ki, biz Rusiyaya pilotsuz təyyarələr və atıcı raketlər verməliyik”.

pia.az


Etiket: İran İsrail

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hürriyət: ABŞ Türkiyə ilə sərhəddə "kiçik İsrail" yaradır...

Sümbülə Əliyeva: "Öz yerimə təyin etdiyim şəxs bütün sənədləri saxtalaşdırıb"

Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alırlar?

Rusiya Paşinyanla açıq müstəvidə mübarizəyə keçir?

Natiq Cəfərli: Çörəyin qiymətində artıma gediləcək...

Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə gilas ziyandır?

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşib

İslamabadda Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib - Yenilənib

Xamenei amerikalı tələbələrə müraciət edib, Mayk Conson cavab verib

Hazırkı müxalifətin Paşinyanı devirmək üçün resursları yetərlidir?

Baqrat Srbazan: "Paşinyanla həbsxanada görüşəcəyəm"

Ən çox oxunanalar