Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrükdə aparılan islahatlar və kadr dəyişiklikləri... - Müsbət irəliləyişlər var?

Səfər Mehdiyev vəzifədən alınmasından sonra Gömrük Komitəsinin fəaliyyətində ş adamlarına və vətəndaşlara münasibət dəyişibmi?..

İqtisadçı-ekspert: “Gömrük Komitəsində yeni rəhbərliyin gücündə olan bəzi məsələlər var ki, o məsələlər həll edilə bilər”.

“Əsas olaraq Gömrük Komitəsi bəyannamə qiymətini artırmamalıdır. Şərtlər və şirkətlər arasında olan sövdələşmə qiymətlərinə üstünlük verilməlidir”.

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli gömrükdə aparılan kadr islahatlarını PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar gömrükdə aparılan kadr dəyişiklikləri sürətlənib. Səfər Mehdiyevin vəzifədən alınmasından sonra Gömrük Komitəsinin işində hansısı müsbət irəliləyişlər hiss olunurmu? Gömrükdə iş adamlarına və vətəndaşlara münasibət dəyişibmi?

Gömrük sahəsindəki dəyişiklikləri PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Çox təəssüf ki, suni qiymət artımını yaradan Gömrük Komitəsinin özü idi”.

Şahin Bağırovun intellekti və səviyyəsinin əvvəlki sədrdən fərqləndiyini qeyd edən ekspert PİA.az-a bildirib ki, yeni sədrin şəxsi keyfiyyətləri yüksəkdir:

“Gömrük sahəsində Səfər Mehdiyevin dövrü ilə müqayisə edilməyəcək dərəcədə dəyişikliklər var. Təbii ki, yeni rəhbərliyin gücündə olan bəzi məsələlər var ki, o məsələlər həll edilə dı bilər. Artıq yerlibazlıq, qohumbazlıq tarixdə qalmış olsun. Çünki Səfər Mehdiyevin vaxtında Gömrük Komitəsini Nehrəm Gömrük Komitəsi adlandırırdılar.

Eyni zamanda sahibkarların, əhalinin incidilməsi yerli mətbuat orqanlarına çox tez-tez çıxırdı. Bəyannaməsi qiyməti şişirdilirdi. Yəni insanlar müqavilə ilə xaricdən mal gətirirdilər. Gömrük işçiləri də bəyannamə qiymətini artırırdı. Belə hadisələr kütləvi hal almışdı. Çox təəssüf ki, suni qiymət artımını yaradan Gömrük Komitəsinin özü idi.

Hələ ki, Şahin Bağırovun Gömrük Komitəsinə sədr təyin olunmasından az bir müddət keçir. Mən Şahin Bağırovu tanıyıram, onunla eyni vaxtda müxtəlif universitetlərdə oxumuşuq və müxtəlif verlişlərdə debat aparmışıq. Şahin Bağırovun intellekti və səviyyəsi əvvəlki sədrdən fərqlənir. Onun şəxsi keyfiyyətləri də yüksəkdir.

Nazim Bəydəmirli: “Biz həm bir sahibkar, həm də bu sahənin bilicisi olaraq müəyyən monitorinq aparırıq, müqayisə edirik”.

Amma gömrüyün instusional problemləri var ki, onu Şahin Bağırov həll edə bilməz. Yəni bu problemlər daha yuxarıdan həll olunmalıdır. Gömrük və vergi siyasəti vahid mərkəzdən aparılmalıdır. Biz həm bir sahibkar, həm də bu sahənin bilicisi olaraq müəyyən monitorinq aparırıq, müqayisə edirik.

Əsas olaraq Gömrük Komitəsi bəyannamə qiymətini artırmamalıdır. Şərtlər və şirkətlər arasında olan sövdələşmə qiymətlərinə üstünlük verilməlidir. Qanunun da tələbi budur. Belə olan halda narazılıqlar da yaranmaz. Gömrük Komitəsindən narazılıqların mütləq əksəriyyəti bəyannamə qiymətinin artırılmasıdır. Kimsə gömrüyün razılığını onların bəyannamə qiymətini artırırdılar. Guya büdcəyə artıq pul ödəməli idi. Bu da narazılıqlar yaradırdı.

Bütün bunlar da gömrük siyasətinə uyğun deyil. Daxildə istehsal olunmayan malları sahibkarlar xaricdən ucuz tapırlar, alırlar, amma gömrük bunu qəbul etmirdi. Bu da sahibkarlara, vətəndaşlara mənfi təsir edirdi. Çünki ərzaq və digər məhsulların Azərbaycanda qiymətləri artıb. Bir daha qeyd edim ki, qiymət artımını da suni şəkildə Gömrük Komitəsi edirdi.

Ümid edirəm ki, bunların hamısı keçmişdə qaldı”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar