Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov Ukraynada sülh üçün şərtləri açıqlayıb - Şərtlər dəyişməyib və gülüş obyektinə çevrilib...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna üçün sülh şərtlərini açıqlayıb və “nə qədər ki, sağ-salamatsınız bu şərtləri yerinə yetirin”, deyib…

PİA.az xəbər verir ki, belə bir məlumatı Rusiyanın dövlət agentliyi TASS yayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna hakimiyyəti Rusiyanın tələblərini yerinə yetirməli və müqaviməti dayandırmalıdır.

Lavrov həmçinin Ukraynadan Moskvanın “demilitarizasiya və denazifikasiya” tələblərini yerinə yetirməsini tələb edib. “Əks halda bunu Rusiya ordusu edəcək”, deyə Lavrov vurğulayıb.

Rusiya xarici işlər şefi qeyd edib ki, Ukraynanın göstərdiyi müqavimət yersizdir və mənasızdır. Üstəlik, Ukrayna hakimiyyəti Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərində artıq işğal olunmuş əraziləri də Rusiya əraziləri olaraq tanımalıdır.

Ukraynanın 4 vilayətinin işğal olunmuş ərazilərini Lavrov “bizim yeni torpaqlarımız” adlandırıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Lavrovun əslində komik səslənən açıqlamasına gülməyə başlayıblar.

Hətta Strelkov-Girkin Lavrovun sözlərinə istehza ilə yanaşıb: “Məndə belə təəssürat yarandı ki, Lavrov Konaşenkovun hesabatlarına çox baxır”, deyə DXR-in sabiq “müdafiə naziri” Lavrovun tələblərinin qeyri-adekvatlığına eyham vuraraq yazıb.

Xatırladaq ki, Rusiyanın Ukraynanı öz tələblərini yerinə yetirməyə məcbur etmək cəhdi, demək olar ki, yoxdur. Bir illik müharibədən sonra hərbi potensialının, texnikasının və aviasiyasının böyük hissəsini itirmiş Rusiya ordusu üçün bu hədəfləri reallaşdırmaq artıq imkansıza çevrilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

İcra başçısının xanım müavini işdən çıxarıldı

Rafiq Quliyev Eldar Əzizovun xəbərdarlığından nəticə çıxarmır - Xətaidə COP29 adı altında səkilər zəbt edilir - Fotolar

Ən çox oxunanalar