Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pekin üçün “yumşaq güc” dünəndə qaldı - Çin öz gücünü nümayiş etdirəcək…

Çin dünya arenasında siyasi və iqtisadi yanaşma taktikasını dəyişir…

İndiyədək Pekin əsasən əhəmiyyətli dərəcədə “yumşaq güc”ə, daha doğrusu, ilk növbədə mədəniyyət vasitəsilə irəliləməyə arxalanırdı. Lakin hazırda gərginləşən dünyada bu, kifayət etmir. İndi ÇXR “diskursiv gücə” arxalanacaq. Bu, öz mövqelərini irəlilətmək üçün daha güclü alətdir.

Çindən sui-istifadəni dayandırın

“Diskursiv güc” nisbətən Çində yeni, amma Si Tsizininpinin dövründə olduqca populyarlaşmış bir termindir. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Tədqiqatlar İnstitutunun tanınmış rus sinoloqları İqor Denisov və İvan Zuenko bu yaxınlarda dərc etdikləri “Yumşaq gücdən diskursiv gücə: ÇXR xarici siyasətinin yeni ideoloqları” adlı hesabatlarında izah etdikləri kimi, Çinin beynəlxalq məsələlərdə, artan iqtisadi, siyasi və hərbi potensialına uyğun “səs hüququ”nu yenidən əldə etməsinin vaxtı çatıb. Yüzlərlə Konfutsi İnstitutu, qrantlar, Çin dili kursları, təbliğat və s. ilə Çin mədəniyyətinin təbliği də təbii ki, qalacaq, lakin Pekin diqqətini başqa şeyə yönəldəcək.

Məsələ burasındadır ki, Pekində iqtisadiyyatın güclənməsi ilə yanaşı, son bir neçə min ildə eyni sərhədlərdə mövcud olan İranla yanaşı, iki sivilizasiyadan biri olan Çinin də lazımınca qiymətləndirilmədiyi barədə fikirlər artır. Bir tərəfdən də Çin hələ də dünyanın gələcək inkişafını müəyyən edən məsələlərdə öz mövqeyinə malik olmayan, bir növ “qlobal fabrik” kimi qəbul edilir. Şərti desək, ABŞ və Qərb bütün dünya üçün gələcəyə baxış təqdim edir, Rusiya öz mövqeyini hesablaşmağa məcbur etmək üçün mübarizə aparır və hətta Yaxın Şərq terrorçuları dünyanın hər yerindən yüz minlərlə tərəfdar toplayır. Çin isə mal istehsal edir, total nəzarət sistemini tətbiq edir və heroqliflərlə yazır. Bu, təəəssürat yaradır, lakin dünyada aparıcı rol üçün kifayət deyil.

Denisov və Zuenko hesabatda bildirirlər ki, Pekin hazırkı beynəlxalq diskursiv nizam Çini haqsız olaraq əlverişsiz vəziyyətə saldığını düşünür. Çünki dünyanın əhəmiyyətli bir hissəsi Çinə Qərbin gözü ilə baxır, Qərb media platformaları vasitəsilə məlumat istehlak edir və buna görə də bütün dünya Qərbin neoliberal ideologiyasından təsirlənir ki, bu da Çində “Qərb diskursunun hegemonluğu” adlandırılır. Çin sədri Si Cinpin hələ 2015-ci ildəki çıxışında beləı demişdi: geri qalsan döyüləcəksən, kasıbsansa, ac qalacaqsan, səsini itirsən, söyüləcəksən. Obrazlı desək, partiyamız uzun müddət xalqı üç əsas problemin – “döyülmək”, “ac qalmaq” və “söyülmək” probleminin həllinə aparıb. Bir neçə nəslin inadkar mübarizəsindən sonra ilk iki problem böyük ölçüdə həll olunub, lakin hələ də söyülmək problem kökündən həll edilməyib.

Son illərdə Pekin öz nöqteyi-nəzərini bəyan edərək, öz ləyaqətini gücləndirməyi öhdəsinə götürüb. Bir neçə il əvvəl işin birbaşa ona aidiyyəti olmayanda, Çin adətən susurdu. Amma 2010-cu illərin ortalarında bir çox cəhətdən ikinci supergüc mövqeyinə girdikdən sonra öz səsini tapdı. Bu səs həmişə xoş təsir bağışlamır, tez-tez həddindən artıq sərt və hətta biədəb səslənir, lakin bu səs tapılıb və var. Belə getsə deyəsən, dünya bu səsi daha tez-tez eşitməli olacaq.

Aydındır ki, ilk növbədə Çin ABŞ-ın “diskursiv hegemonluğuna” qarşı çıxır. “Niyə Vaşinqton bütün dünyaya necə yaşamaq lazım olduğunu deyir və bunu dinləyirlər, amma bu qədər uğurlarla biz ciddi qəbul olunmururq?”

Bu sual artıq CXR rəhbərliyində tez-tez eşidilir.

Çinin yanındasınız, yoxsa əleyhinəsiniz?

Çin özünü "töhmətdən" tam olaraq necə qorumaq niyyətindədir?

“Çin anlayışında “diskursiv gücün” gücləndirilməsi Çini dünya səhnəsinin mərkəzində aparıcı oyunçulardan biri kimi təbliğ edən alətlər, beynəlxalq institutların gündəmini formalaşdıran alətlər və “qlobal idarəçiliyin” yeni prinsipləridir ki, dünya aktorlarının dəyərlərinə və onların dünyagörüşünə- siyasi seçim və siyasi qərarlarla təsir edir. Əsas təsir obyekti “ümumi ictimaiyyət” deyil, siyasi təbəqədir”, deyə MDBMİ-nin hesabatında qeyd edilir.

Bütün qeyri-hərbi vasitələr təsir üçün yaxşıdır: siyasi, iqtisadi, mədəni, elmi, texnoloji və s. Təbii ki, Pekin bu dəsti daha əvvəl də istifadə edib, lakin sistemsiz. Və son illərdə o, təsir ölçülərini sadələşdirir və onları çətirin simləri kimi vahid sistemə gətirəcək öz çətir növünü yaradır.

Denisov və Zuenko belə hesab edirlər ki, yaxın gələcəkdə bir çox ölkələr kimin nöqteyi-nəzərini qəbul edəcəyini seçmək məcburiyyətində qalacaqlar. Bunu Çinin şimal-qərbindəki Uyğur Muxtar Bölgəsinin nümunəsi ilə göstərmək olar. ABŞ orada yerli müsəlman əhalinin, uyğurların hüquqlarının sistemli şəkildə pozulduğunu iddia edir. Çin isə heç bir pozuntu olmadığını, sadəcə olaraq, “separatizm, ekstremizm və terrorizmlə mübarizəyə yönəlmiş qəti tədbirlər” görüldüyünü iddia edir.

Elmi sahədə, xüsusən də sosial və humanitar aspektdə Çinin diskursiv gücünün təşviqi və gücləndirilməsi istiqamətində aydın tendensiya müəyyən etmək olar, - deyə Sankt-Peterburq Universitetinin dosenti Polina Rısakova NEWS.ru-ya izah edib.

İlk növbədə, söhbət ÇXR-in həm tarixi, həm də siyasi, iqtisadi və sosial inkişafının müasir problemlərinin xarici tədqiqatlarından gedir. Bununla yanaşı, Pekin elmi təhlilin əsas vektorunu təyin etməyə, sosialist modernizasiyasının müsbət təcrübəsinə, marksizmin sindirilməsinə və Kommunist Partiyasının ümummilli liderlik prosesində əsas roluna diqqət yetirərək, özü üçün faydalı olan yanaşmaları təbliğ etməyə çalışır, ölkəni dəyişdirir. Lakin xarakterikdir ki, Çin öz inkişaf yolunun uğurlarından danışarkən özünün tarixi və mədəni təcridini deyil, əksinə, qlobal tarixi-mədəni proseslərdə fəal iştirakını vurğulamağa çalışır. Bu mənada o, Qərb diskursunu sıxışdırmaqdan çox, onun semantik alternativini yaratmağa yönəlib. Belə çoxvariantlı diskurs Çinin qeyri-Qərb dünyasına şərti olaraq mənsub olan çoxlu ölkələrlə səylərinə qoşulmaq üçün əsas ola bilər.

Pekin Rusiya və Ukrayna arasında seçim etmək istəmir

Və burada çox konkret bir nümunə var. ÇXR-in Avropa Birliyindəki səfiri Fu Tsun bu yaxınlarda“South China Morning Post Beijing” adlı Honq-Konq qəzetinə müsahibəsində kifayət qədər müstəqil və əlavə araşdırmaya layiq olan mövqe bildirib.

“Biz hesab edirik ki, Çin Rusiya-Ukrayna böhranının ziyanlı təsirinə məruz qalıb. Həm Rusiya, həm də Ukrayna bizim yaxşı dostlarımızdır və biz dostlar arasında seçim etmək istəmirik. Bu, bizim mövqeyimizin başlanğıc nöqtəsidir”, deyə diplomat bildirib.

Məsələ onda deyil ki, bu mövqe xüsusi orijinallığı ilə seçilir. Bir çox ölkələr bu cür düşünür. Amma bir neçə il əvvəl öz fikrini bildirməməyə üstünlük verən Çin indi bunu cəsarətlə bütün dünyaya çatdırır.

“Çinin Aİ-dəki səfirinin müsahibəsi Pekinin ilk növbədə Ukrayna böhranında Çinin mövqeyinin qiymətləndirilməsinə təsir etmək üçün nəzərdə tutulmuş Avropa istiqamətindəki diskursiv strategiyasını əks etdirir”, deyə Rusya Elmlər Akademiyasının Avropa İnstitutunun baş elmiş işçisi Yelena Maslova NEWS.ru-ya müsahibəsində bildirib.

Bundan əlavə, Fu Tsunun bəyanatlarında Avropa üçün daha böyük strateji muxtariyyətin zəruriliyini vurğulamaq istəyini aydın görmək olar. Daha doğrusu, diplomat son aylar Avropa bürokratiyası arasında qızğın müzakirə obyektinə çevrilən məsələlərə toxunur. Çin Avropa İttifaqı ilə münasibətləri mümkün qədər siyasətdən kənarlaşdırıldığı və Ukrayna ətrafında cərəyan edən hadisələrdə çəkişmədən yuxarı qaldığı bir vaxtda Çin özü üçün belə bir mövqeyə zəmanət verməyə çalışır.

Maslovanın sözlərinə görə, yaxın aylarda biz hamımız milli hökumətlərdə və Aİ strukturlarında Çin siyasəti ilə bağlı gedən müzakirələrin gündəmini düzəltməyə çalışan Çin diplomatiyasının yeni nümunələrini görə bilərik.

Maslova qeyd edir ki, bu, asan məsələ deyil, çünki Çin Avropa İttifaqında artan təhlükə kimi qəbul edilir və üzv ölkələr arasında bu fikir kifayət qədər monolitdir.

Eyni zamanda, Aİ ölkələri Çinin bərabər məsafəli siyasətinə qiymət verə bilər, o zaman ki, onun əsas imperativi barrikadaların əks tərəfində olan tərəfdaşlarla münasibətləri korlamamaqdır. İctimai rəy amilini də nəzərdən qaçırmaq olmaz. Ukraynaya silah tədarükünün davam etməsi fonunda Aİ-də Avropa ölkələrinin faktiki olaraq münaqişədə iştirakını nəzərdə tutan bu cür siyasətdən narazıların sayı artır. Bu planda Çinin “münasibətlərin siyasətsizləşdiriməsi anlayışı əlavə əsas qazana bilər.

Bununla belə, Pekinin ideyaları hələ də onun qələbəsinə zəmanət vermir. Hesabat müəllifləri qeyd edirlər ki, Çinin belə hallarda təcrübəsi azdır, o, daha çox düz təbliğata öyrənib. Üstəlik, Çinin özü hara gedəcəyini çox yaxşı bilmir. Ən azı bu ilin oktyabrında keçirilən ÇXP-nin 20-ci Qurultayında bütün dünya kimi Çinin də “tarixi inkişafın qovşağında olduğu”, “strateji şansların, risklərin və çağırışların, eynoi zamanda eyni zamanda, qeyri-müəyyən və proqnozlaşdırılması çətin olan amillərin mövcud olduğu bir inkişaf dövrünə qədəm qoyduğu qeyd edildi..

Ancaq Çinin üç min ildən çox yaşı var və bu, ona inam verir. “Üç yol biliyə aparır: düşünmə yolu ən nəcib yol, təqlid yolu ən asan yol və təcrübə yolu ən ağrılı yoldur”, deyb Konfutsi.

Belə görünür ki, Pekin hər üç yolu birləşdirir…

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar