Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Talıbovun müavinindən ağlasığmaz addım: məktəbin həyətində…” - Sensasion məlumat

Şərurdan mənə çox maraqlı məlumat veriblər və xahiş ediblər ki, bunu mütləq ictimailəşdirim. Bura mənim də oxuduğum Şərur şəhər 1 saylı orta məktəbidir. Yerli sakinlərin dediyinə görə, uzun müddət Naxçıvan Ali Məclisi sədrinin birinci müavini olmuş, hazırda isə sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov bu məktəbin stadionunu və idman zalının olduğu ərazini zəbt edərək, orada özünə və qayınına villa tikdirib.

PİA.az xəbər verir ki, bu sözləri jurnalist Məhəmmədəli Qəribli qeyd edib.

“Bir hissəsini isə baha qiymətə başqa adamlara satıb. Mən Naxçıvana çox az-az gedirəm. Doğrusu, bu fakt diqqətimi çəkməyib. Elə bilirdim ki, əsaslı təmirdən sonra məktəbin stadionunun yerini dəyişiblər. Yerli sakinlər isə orada hökm sürən sərt ab-havaya görə qorxudan susublar.

Həmin stadionda bizim uşaqlığımız keçib. Bu məktəbin idman infrastrukturu Azərbaycana çox adlı-sanlı, dünya, Avropa çempionları olan tanınmış idmançıları bəxş edib. Adam necə bu nalayiq addımı ata bilər? Şərur şəhər 1 saylı məktəb həm də “rus məktəbi” kimi tanınıb. Məktəbdə iki dildə yüksək səviyyəli tədris verilib.

Azər Zeynalovun dədə-baba evi məktəbin yanında olub, özü də bu məktəbdə oxuyub. Bir şəxs özünün də unudulmaz xatirələrinin olduğu bir ərazini necə qəsb edə bilər? Mənə söz veriblər ki, həmin ərazinin və orada tikilən evlərin fotolarını da göndərəcəklər. Mütləq ictimailəşdirəcəm ki, bu yaramaz hərəkətlə hamı tanış olsun. Şərur sakinləri, Azər Zeynalovdan 4 hektardan ibarət zəbt edilmiş həmin ərazini yenidən məktəbin balansına qaytarmasını tələb edirlər”, – o bildirib. (Globalinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

“iPhone 16”-nın istehsala başlama tarixi açıqlandı

Ən çox oxunanalar