Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rejim qüvvələrinin qaçırdığı 22 yaşlı tələbənin meyiti tapılıb

İranda aksiyalar davam edir...

İranın Dehqolan, Diziçe, Zahedan, Tehran, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları davam edir.

"Report" xəbər verir ki, “Əhvaz” mediasının yazdığına görə, Xuzistan əyalətində 9 gün öncə rejim qüvvələrinin qaçırdığı 22 yaşlı tələbə Dünya Fərhadinin meyiti Karun çayının kənarında tapılıb.

Etirazlarda “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Xameneyi qatildir, hökuməti batildir!”, “Uşaq qatili hökumətə ölüm!”, “Qatil Xameneiyə ölüm!” və digər şüarlar səsləndirilib. İranda əmanətçilər rejimə etiraz olaraq öz pullarını banklardan çıxarır. Amma hökumət bankları nağdlaşdırma əməliyyatlarına limit tətbiq edib. Tehranda gecə-gündüz divarlara “Xameneyiyə ölüm!”, “Qələbə bizimlədir!” kimi şüarlar səsləndirilir.

Moniriye bölgəsinin sakinləri gecə rejimə qarşı “Diktatora ölüm”, “Xameneiyə ölüm”, “Xamenei qatildir” kimi şüarlar səsləndirib. Narmək bölgəsində etirazçılar mollanın evini yandırıb. Tehranın Xacə Nəsir Universitetinin tələbələri həbsdə olan tələbələr azad olunana qədər tətil keçirəcəyini bildiriblər.

Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində İran rejiminin təhlükəsizlik qüvvələri qadın fəal Vahidə Xanpuru Təbrizdə atasının evində həbs ediblər.

Xorasan-Rəzavi əyalətində Məşhəd Azad Universitetinin tələbəsi professorla siyasi müzakirədən sonra sinfi tərk edib və hökumət qüvvələrinin hücumundan sonra o, elan lövhəsinin şüşəsini sındıraraq intihar edib.

İsfahan əyalətinin Diziçe bölgəsində etirazçılar “Irancell” və “Raytel” mobil operatorlarının baza stansiyalarını yandırıblar.

Kürdüstan əyalətinin Dehqolan şəhərində aksiyalar zamanı hakimiyyət əleyhinə şüarlar səsləndirilib.

Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində etirazçılar “Xamenei həya et, ölkəmizdən əl çək” şüarı səsləndiriblər.

Qadınlar rejimin etirazçıları edam etməsinə qarşı etiraz məqsədilə aksiya keçiriblər. Aksiya iştirakçıları əllərini qan rənginə boyayaraq şüarlar səsləndiriblər: “Zalım hökumətə ölüm olsun! Bəsici və SEPAH, bizim İŞİD-imiz sizsiniz!”

pia.az


Etiket: İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

Ən çox oxunanalar