Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski “taxıl dəhlizi”ni Ukraynanın digər limanlarına da genişləndirməyə çağırıb

"Ukrayna taxıl təşəbbüsünü qeyri-müəyyən müddətə uzatmaq istəyir. Bunun üçün “taxıl dəhlizi”ni ölkənin digər limanlarına qədər genişləndirmək lazımdır".

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ərzaq təhlükəsizliyi üzrə beynəlxalq sammitdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, taxıl təşəbbüsü tam gücü ilə işləmir və Rusiya tərəfinin günahı ucbatından Bosforda 80-dən çox gəmi qalıb.

“Biz limanların sayının artırılmasının və bu mühüm təşəbbüsün qeyri-müəyyən müddətə davam etdirilməsinin, Rusiyanın bir daha buna mane olmamasının tərəfdarıyıq”, - Zelenski bildirib.

O qeyd edib ki, humanitar böhrandan çıxmaq, xüsusilə aclıqla üzləşən ölkələrin ehtiyaclarını ödəmək üçün Ukrayna taxıl təşəbbüsünü irəli sürüb və bu təşəbbüs çərçivəsində ərzaq məhsulları Afrika və Asiya ölkələrinə çatdırılacaq.

Zelenski vurğulayıb ki, Ukrayna 2023-cü ilin yazına qədər Efiopiya, Sudan, Somali, Yəmən, Konqo, Keniya və Nigeriyaya azı 60 taxıl gəmisi göndərməyi planlaşdırır.

pia.az 


Etiket: Zelenski


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar