Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DÇ-2022: Cəmi 250 avroya transfer olunan futbolçu mundiala necə gedib?

250 avroya transfer olunan futbolçu mundiala necə gedib?...

Qətərdə keçirilən dünya çempionatında ev sahiblərinə 3:1 hesabı ilə qalib gəldikləri A qrupunun II tur oyununda məhsuldar ötürmə ilə yadda qalan Seneqal millisinin yarımmüdafiəçisi Lliman Ndiayenin peşəkar futbola gəlişinin maraqlı tarixçəsi var.

“Report”un məlumatına görə, 22 yaşlı oyunçu bunu internetə yerləşdirdiyi videoçarxla bacarıb.

O, üç il əvvəl yalnız İngiltərənin küçələrində futbol oynayırdı. Ndiaye öz oyununu videoya çəkərək görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Futbolçunun çıxışı İngiltərənin IX divizionunda mübarizə aparan “Rayzinq Bollers” komandasının diqqətini çəkib.

Bir neçə aydan sonra isə “Şeffild Yunayted”in skautları onun oyununu izləməyə gəliblər. Cəmi 250 avroya transfer edilən yarımmüdafiəçi hazırda Çempionşipin bombardiri və ən yaxşı oyunçusudur.

O, məhz bu amilə görə Seneqal millisinin dünya çempionatı üçün açıqlanan heyətinə dəvət alıb.

Qeyd edək ki, Afrika təmsilçisi iki turdan sonra üç xalla 3-cü pillədə qərarlaşıb. Komandanı liderlər qrupunda yer alan Niderland və Ekvadordan cəmi 1 xal ayırır.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək

Sumqayıt şəhər stadionuna yeni direktor təyin olundu

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Ən çox oxunanalar