Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

13 yaşlı qızın iki ay əvvəl dünyaya gətirdiyi körpə uşaq evinə yerləşdirildi 

Bakıda təxminən iki ay öncə, sentyabrın 6-da ana olan 13 yaşlı qızın körpəsi xəstəxanadan çıxarılaraq uşaq evinə yerləşdirilib...

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib.

O, prosesin niyə ləngidiyini açıqlayıb:

“Sentyabrın 6-da dünyaya gələn uşaq oğlandır. Körpə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna aparılıb. Lakin onun doğum haqqında şəhadətnaməsi və digər sənədləri qaydasında olmadığından körpələr evinə köçürülməsi prosesi ləngiyib.

Biz aidiyyəti qurumlarla birlikdə körpənin doğum haqqında şəhadətnaməsini düzəldib, noyabrın 1-də instituta təqdim etdik. Bundan sonra aidiyyəti qurumlar arasında danışıqlar aparılıb. Nəticədə 13 yaşlı qızın dünyaya gətirdiyi körpə noyabrın 16-da Səhiyyə Nazirliyinin 1 saylı Körpələr Evinə yerləşdirilib.

13 yaşlı ana övladından imtina etməyib. Ana “Azərbaycan Uşaqlar Birliyi”ndədir. O, yetkinlik yaşına çatana qədər körpəsinin dövlət himayəsində qalmasını istəyib, körpə isə üç yaşına çatana qədər uşaq evində qalacaq. Psixoloqlarımız onunla söhbət aparırlar. Danışıqlar zamanı məlum olan budur ki, o, övladını atmaq fikrində deyil. Hazırda onun yaşıdlarından geri qalmaması üçün bütün zəruri addımlar atılıb. 13 yaşlı ana məktəblərdən birində təhsilini davam etdirir”.

pia.az


Etiket: körpə uşaq evi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar