Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dollar bahalaşacaq, manatın məzənnəsi...” - Proqnoz

Valyuta bazarı, manatın məzənnəsi isə inzibati qaydada tənzimlənir...

"Co Baydenin prezident seçilməsi dolların gücünü artıracaq, manat isə təbii olaraq dəyərdən düşə bilər”.

Bunu Sfera.az-a iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə Co Baydeninin prezident seçilməsi dünya birjalarında pozitiv qarşılanır:

"Hələ ki, rəsmi nəticələr elan olunmayıb və birjalarda səs faizləri müxtəlif reaksiyalar doğurur. Məsələn, Asiya birjalarında Co Baydenin prezident seçilmə ehtimalının çox olması pozitiv reaksiya doğurdu. Çünki onlar düşünürlər ki, Trampla Çin arasında kəskin münasibətlər var və beləliklə Bayden yumşaq davranacaq ki, bu da Asiya iqtisadiyyatına, dolların güclənməsinə təsir edəcək. Amma ABŞ-ın öz birjalarında seçki nəticələrinə müxtəlif reaksiyalar var. Bildiyiniz kimi orda 3 əsas indeks var. Və bunlardan təkcə texnoloji şirkətlərin indeksi pozitiv reaksiya verir. Çünki Baydenin yaşıl iqtisadiyyata, ekoloji-texnoloji layihələrə üstünlük verəcəyi gözlənilir. Buna görə də qiymətli kağızlarda bahalaşma müşahidə olundu. Amma həm maliyyə, həm real sektora aid səhmlərin qiymətində enmə oldu və ABŞ birjalarında dolların zəiflədiyini gördük. Co Baydenin prezident seçilməsinin həm səhm həm valyuta bazarına müxtəlif formada təsir edəcəyi gözlənilir. Amma əsas gözlənti ondan ibarətdir ki, Baydenin prezdient seçilməsi nəticəsində ABŞ-ın Rusiya xaric bir sıra ölkələrlə o cümlədən  İranla, Çinlə, Avropa Birliyi ölkələri ilə münasibətləri daha pozitiv olacaq və əməkdaşlıq ruhuna köklənəcək. Bu zaman da dolların güclənmə ehtimalı dünya üzrə yüksəkdir”.

Natiq Cəfərli ABŞ-da keçiriləcək prezident seçkilərinin Azərbaycan manatına olan təsirindən də danışıb. İqtisadçı qonşu ölkələrdə gedən proseslərin manatın məzənnəsinə də təsirsiz ötüşməyəcəyini qeyd edib:

"Azərbaycana gəldikdə isə bizdə səhm bazarı yoxdur. Valyuta bazarı, manatın məzənnəsi isə inzibati qaydada tənzimlənir. Yəqin ki, dünyada gedən proseslərə paralel olaraq manatın məzənnəsində dəyişikliklər olacaq. Çünki ətraf ölkələrin, bizimlə ticari əlaqələri olan ölkələrin milli valyutaları dəyərdən düşür və bu da Azərbaycan manatının güclü qalmasını çətinləşdirəcək”.

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar