Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sui-qəsdə məruz qalan İmran Xandan son açıqlamalar 

Pakistanın keçmiş baş naziri İmran Xan sui-qəsdə məruz qaldığı Vəzirabad şəhərindən paytaxt İslamabada yürüşün bərpa olunacağını açıqlayıb...

Məlumata görə, Lahorda müalicə aldığı xəstəxanada mətbuat mənsublarına açıqlama verən Xan, rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı Partiyasının noyabrın 8-də Vəzirabaddan yürüşə başlayacağını bildirib. O, özünün Ravalpindidə yürüş iştirakçılarına qoşulacağını da qeyd edib.

Baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və Kəşfiyyat İdarəsinin rəis müavini general-mayor Feysəl Nasirin ona qarşı sui-qəsdin arxasında durduğunu iddia edib.

“Bu şəxslər istintaqın başında dayandıqları müddətcə məhkəmə komissiyası nə edəcək?”, - deyə vurğulayıb.

Xan adıçəkilən şəxslərin istefa verməli olduğunu ifadə edərək, bunun şəffaf bir araşdırma üçün zəruriliyinə diqqət çəkib.

Xatırladaq ki, İmran Xan Qucranvala rayonunun Vəzirabad şəhərində hücuma məruz qalıb. Pakistanın keçmiş baş naziri oktyabrın 28-də Lahor şəhərindən başlayan “Real müstəqillik uğrunda uzun yürüş”ə rəhbərlik edib. O, yük maşınının damında dayanarkən hücum edən gənc aşağıdan tapança ilə Xana bir neçə dəfə atəş açıb. Güllə onun hər iki ayağına dəyib. Hücum nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb. (oxu.az)

pia.az 


Etiket: İmran Xan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - Yenilənib

Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi 3 milyon yarım tələb etdi - Ağır cəza verildi

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Azərbaycan Ordusunun geyim forması dəyişdi    

Bloqer Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxılıblar

Lənkəranskidən "oğru" adını almaq istəmişdi - Cinayət aləminin liderinə ömürlük cəza

Məşhur restoran sahibi qumara görə cərimələndi - Adını dəyişib “Qarabağ” qoydu

Ən çox oxunanalar