Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda ərə verilən 14 yaşlı qızın anası: “Hamınız barədə ölçü götürəcəm” - Yenilənib

Ərə verildiyi deyilən qızın anası Günəş Əzizova isə məlumatı inkar edib...

Göyçayda 14 yaşlı qızın ərə verildiyi və sabah toyu olacağı açıqlanıb. Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bu barədə məlumat verib. Dediyinə görə Çərəkə kənd sakini olan azyaşlı Ağsu kənd sakininə nişanlanıb.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Çərəkə kənd ərazi nümayəndəsi Tehran Adıgözəlov məlumatı təsdiqləyib və ərazi üzrə hüquq mühafizə orqanlarını bu barədə məlumatlandırdığını qeyd edib. Onun sözlərinə görə, yeniyetmə əslində 10-cu sinifdə təhsil almalıdır, ailəsi isə qızı məktəbdən çıxarıb. Həmçinin qızın nişanlandığı oğlanın Bakıda yaşadığını deyib.

Ərə verildiyi deyilən qızın anası Günəş Əzizova isə məlumatı inkar edib. Qızı barəsində yayılan məlumatlardan qəzəblənən ana, məlumatı ilk yayan barədə polisə şikayət edəcəyini də bildirib:

“Mən qanunları çox gözəl bilirəm. Başımı itirməmişəm ki, 14 yaşında qızımı ərə verim. Üstəlik, qızımın 14 deyil, 15 yaşı var və 10-cu sinifdə oxuyur. Məktəbdən də çıxarmamışam, təhsilini davam etdirir. Nişanlamamışam. Qızımın adına söz çıxarmayın. Hamınız barədə ölçü götürəcəm. Kimsə yalan informasiya yaymasın”, - deyə əlavə edib.

***

Göyçay rayonunda sabah toyu planlaşdırılan 14 yaşlı qızın valideynləri polis idarəsinə çağırılıblar.

Artıq valideynlərin izahatı alınır.

Qeyd edək ki, 14 yaşlı qız ötən tədris ilinin sonunda məktəbdən çıxarılıb.

Hazırda araşdırmalar davam etdirilir.

***

Göyçay rayonunda 14 yaşlı qız ərə verilir.

Bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, qız Ağsu rayonundan olan şəxslə evləndirilir:

Göyçay Rayon İcra Hakimiyyətinə məlumat üçün bildirirəm ki, Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakininin sabah toyudur. Ağsuya ərə verilir. Kəndin icra nümayəndəsi də artıq icarəyə qab-qaşıq verib”.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ nəzarətə götürülüb:

“Aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar