Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rişi Sunak yəhudiləri necə aldatı? - Britaniya Yerusəlimi paytaxt olaraq tanımayacaq...

Böyük Britaniyanın yeni baş naziri sələfinin İsraildəki səfirliyi Yerusəlimə köçürmək qərarını ləğv edib...

Böyük Britaniyanın baş naziri Rişi Sunak sələfi Lizz Trassın İsraildəki Britaniya səfirliyini Yerusəlimə köçürmək qərarını ləğv edib.

“Biz bu məsələni araşdırdıq. Britaniya səfirliyinin köçürülməsi planı yoxdur”, deyə Baş nazirin ofisi Britaniya mediasına açıqlamasında bildirib.

PİA.az xəbər verir ki, təyinatından cəmi 45 gün sonra istefa verən Trass ABŞ-ın atdığı addımlara paralel olaraq səfirliyin Tel-Əvivdən Yerusəlimə köçürülməsi ehtimalını qiymətləndirmək üçün göstəriş vermişdi. Trass sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına getdiyi zaman bu barədə Nyu Yorkda İsrailin baş naziri Yair Lapidə məlumat vermişdi.

Qərarın yeni baş nazir Sunakın yəhudi-ərəb münasibətlərinin normallaşmasına dair “İbrahim razılaşmaları”nın ildönümü münasibəti ilə Yaxın Şərq diplomatları ilə görüşündən dərhal sonra verilməsi diqqət çəkib. Noyabrın 2-də keçirilən görüşdə Sunak deyib:

“Ənvər Sadatın Knessetdə çıxış etmək üçün İsrailə getməsindən təxminən 45 il keçir. “İbrahim razılaşmaları” ilə bizim nəsil məşəli götürdü. İndi biz bu səyahətə davam etməliyik. Biz nümayiş etdirməliyik ki, daha sıx əməkdaşlıq etməklə davamlı sülhə, sabitliyə və firavanlığa nail ola bilərik. Ən əsası, ümid verə bilərik”.

Fələstinin Böyük Britaniyadakı nümayəndəsi Husam Zumlut qərarı alqışlayıb:

“Böyük Britaniya hökumətinə, din liderlərinə, fəallara və bu məsələ ilə bağlı Böyük Britaniyanı beynəlxalq hüquqa riayət etməyə çağıran bütün vətəndaşlara təşəkkür edirik. Böyük Britaniya səfirliyinin harada yerləşməsi problemə çevrilməməli idi”.

Qeyd edək ki, Sunak avqust ayında “İsrailin Mühafizəkar Dostları” toplantısındakı çıxışında Yerusəlimi “İsrailin mübahisəsiz tarixi paytaxtı” kimi təsvir edib. Yerusəlimin paytaxt kimi tanınması üçün səy göstərəcəyini vəd edən Sunak, Mühafizəkarlar Partiyasının lideri və Baş nazir olacağı təqdirdə israillilərin təhlükəsizliyini ön planda tutacağını bildirmişdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay