Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bütün bunlar dünyada yeni bir böhran dalğasının yarana biləcəyindən xəbər verir” - Natiq Cəfərli

Dünən FED uçot dərəcəsini ardıcıl dördüncü dəfə 75 baza bəndi artırıb və son 15 ildə ilk dəfədir ki, uçot dərəcəsini 3,75-4 %-ə çatdırılıb...

İqtisadçı-ekspert: “İndi dünya ölkələrinin əsas hədəfi infilyasiya ilə mübarizədir. Yəni qiymət artımı ABŞ-da da, Avropada da tarixi maksimumdadır”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli FED uçot dərəcəsi qərarını PİA.az-a şərh edərkən qeyd edib.

Dünən FED uçot dərəcəsini ardıcıl dördüncü dəfə 75 baza bəndi artırıb və son 15 ildə ilk dəfədir ki, uçot dərəcəsini 3,75-4 %-ə çatdırılıb. Demək olarmı ki, bu artıq ciddi böhran əlamətidir və bu qərar ABŞ və dünya iqtisadiyyatına necə təsir edəcək? Daha doğrusu hansı proseslərin qarşını alacaq, hansı prosesləri başladacaq?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Dünya Mərkəzi Bankı, o cümlədən FED əsas hədəf kimi inflyasiya ilə mübarizəni əsas götürür”.

İnfilyasiya ilə mübarizə apardıqca dünya ölkələrinin iqtisadiyyatında azalmaların, daralmaların, iqtisadi aktivliyinin azalmasının baş verəcəyini vurğulayan ekspert PİA.az-a bildirib ki, bu da əslində, dünya iqtisadiyyatı üçün heç də yaxşı bir şeylər vəd eləmir:

“İndi dünya ölkələrinin əsas hədəfi infilyasiya ilə mübarizədir. Yəni qiymət artımı ABŞ-da da, Avropada da tarixi maksimumdadır. İnflyasiya artıq iki rəqəmlidədir. Düzdür, bu Azərbaycan üçün elə də böyük rəqəm kimi görsənməsə də, AvropaABŞ üçün 8-10 faizlik inflyasiya çox böyük rəqəmlər sayılır.

Dünya Mərkəzi Bankı, o cümlədən FED əsas hədəf kimi inflyasiya ilə mübarizəni hədəfə alıb. İnflyasiya ilə mübarizədə də ən effektiv alətlərdən biri faiz dərəcəsidir. O mənadakı uçot dərəcəsi artdıqca iqtisadi aktivlik zəifləyir, kreditlərin verilməsi azalır. Kreditlərin verilməsinin azalması, istehlak və biznes kreditlərinin zəifləməsi təlabatı azaldır. Təlabatın azalması isə inflyasiyanı cilovlayacaq. İqtisadi nəzəriyyədə belə bir yanaşma var.

Natiq Cəfərli: “Pislə, çox pis arasında seçim etmək məcburiyyəti yaranıb”.

Amma bunun fəsadları odur ki, faiz dərəcəsi artdıqca, kredit faizləri artdıqca, iqtisadi aktivlik aşağı düşdükcə, bu iqtisadi daralmaya da səbəb olur. Yəni iqtisadiyyatlar azalır, daralır, resersia olur. Necə ki, biz bunu Avropa Birliyində və ABŞ-da görməyə başlayırıq. Bunun ilkin şərtləri artıq görünür.

Burada iki önəmli məsələ var. Pislə, çox pis arasında seçim etmək məcburiyyəti yaranıb. Çox pis odur ki, infilyasiya var və bu əhalini çox əzir, narahat edir. Əhali infilyasiyanın aşağı salınmasını istəyir. Amma inflyasiya ilə mübarizə aparanda da pis nəticə verir. Yəni iqtisadi daralma baş verir, iqtisadi aktivlik azalır. Bütün bunlar dünyada yeni bir böhran dalğasının yarana biləcəyindən xəbər verir. İnfilyasiya ilə mübarizə apardıqca dünya ölkələrinin iqtisadiyyatında azalmalar, daralmalar, iqtisadi aktivliyin azalması baş verəcək. Bu da əslində, heç də yaxşı bir şey deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar