Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Associated Pressdən Soçi danışılqaırna maraqlı reaksiya...

Associated Press: Ermənistanda sülhə sıçrayış yoxdur - Azərbaycan Rusiyada sülh danışıqlarında...

ABŞ-ın aparıcı nəşrlərindən olan “Vaşinqton Post” son Soçi görüşü ilə bağlı “Associated Press” agentliyinin məqaləsini tirajlayıb.

PİA.az həmin yazını oxuculara təqdim edir:

Rusiya prezidenti Vladimir Putin iki keçmiş sovet qonşusu arasında uzun müddətdir davam edən münaqişənin nizamlanmasına vasitəçilik etmək üçün bazar ertəsi ErmənistanAzərbaycan liderlərini qəbul edib, lakin Rusiya lideri bu görüşdə heç bir irəliləyiş olmadığını bəyan edib.

Qeyd edək ki, Cənubi Qafqazda sülh danışıqları Putin ordusunun Ukraynanın kritik infrastrukturunu hədəf alan yeni raket zərbəsi endirdiyi gün baş tutub.

Qara dənizin kurort şəhəri olan Soçidə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Putin bildirib ki, onlar sülh sazişinin əsasını təşkil edəcək bəyanatdakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün çalışmaqda davam edəcəklər.

Rusiya prezidenti görüşləri "çox faydalı" adlandırıb, lakin jurnalistlərin razılaşdırılmayan problemlərlə bağlı sualına cavab verməkdən imtina edbi və bildirib ki, bu problemlər açıq müzakirə üçün çox həssas mövzulardır.

Paşinyanla görüşdən əvvəl Putin deyib ki, məqsəd sülh və sabitliyi təmin etmək, Ermənistanın iqtisadi və sosial inkişafına kömək etmək üçün regionda nəqliyyat dəhlizlərini açmaqdır.

Danışıqlardan sonra yayımlanan birgə bəyanatda isə deyilir ki, tərəflər güc tətbiqindən çəkinməyə, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət əsasında qalan məsələlərdə danışıqlar aparmağa söz veriblər. Bildirilib ki, ErmənistanAzərbaycan münasibətləri normallaşdırmağa, sülh və sabitliyə, eləcə də regionun təhlükəsizliyinə və iqtisadi inkişafına kömək edəcək.

ErmənistanAzərbaycan münasibətləri Azərbaycanın bir hissəsi olan, lakin 1994-cü ildə separatçı müharibə başa çatdıqdan sonra Ermənistanın dəstəklədiyi etnik erməni qüvvələrinin nəzarəti altında keçən Dağlıq Qarabağla bağlı onilliklər boyu davam edən münaqişəyə görə kilidlənib və hələ də bu problemin iki ölkə üçün də məğbul həll yolu tapılmır.

“Biz həmkarlarımızın Ermənistan-Azərbaycan sərhəddində və Qarabağ ətrafında baş verənlərə yanaşmasını görürük”, deyə Putin bazar ertəsi üçtərəli görüşdən sonra deyib.“Bu münaqişə on illərdir ki, davam edir, ona görə də biz hələ də ona son qoymalıyıq”, deyə Rusiya lideri vurğulayıb.

Xatırladaq ki, Soçidə son keçirilən üçtərəfli görüş Rusiyanın vasitəçiliyi ilə 2020-ci ildə imzalanmış sülh sazişinin icrasına aid idi. 2020-ci ildə altı həftəlik müharibə zamanı Azərbaycan Ermənistan silahlı qüvvələrinin onilliklər ərzində əlində saxladığı Dağlıq Qarabağın və ona bitişik ərazilərin geniş ərazilərini itirib və Azərbaycan öz ərazilərini geri alıb. Döyüşlərdə 6700-dən çox insan həlak olub. Moskva atəşkəsə nail olduqdan sonra, sülhməramlı kimi xidmət etmək üçün bölgəyə 2000-ə yaxın əsgər göndərib.

Paşinyan bazar ertəsi Putinlə ikitərərfli görüşündə bildirib ki, o, Azərbaycanın öz qoşunlarını Dağlıq Qarabağdakı Rusiyanın sülhməramlılarının nəzarətində olan zonadan çıxarması və erməni hərbi əsirləri azad etməsi üçün təkid edəcək. Rusiyanın dövlət xəbər agentlikləri xəbər verir ki, Rusiyanın sülhməramlı mandatının uzadılması da müzakirə olunub. Putin daha sonra jurnalistlərə deyib ki, Rusiyanın sülhməramlı missiyasının uzadılması digər məsələlərin həllindən asılı olacaq.

Qeyd edək ki, bu ilin sentyabr ayında hər iki tərəfdən 200-dən çox hərbçi həlak olanda yeni döyüş əməliyyatları baş vermişdi. Döyüşün başlanmasına görə ErmənistanAzərbaycan bir-birlərini günahlandırmışdılar.

Rusiya Ermənistanın əsas müttəfiqi və sponsorudur. Rusiya Cənubi Qafqazda incə balans saxlayaraq, bir tərəfdən Ermənistanda hərbi baza saxlayır, digər tərəfdən isə Azərbaycanla isti əlaqələr qurur.

Keçən cümə axşamı Ermənistan rəhbərliyi ilə gərginliyin açıq göstəricisi olaraq Putin qeyd edib ki, Kreml 2020-ci il hərbi əməliyyatlarından əvvəl Paşinyan hökumətinə erməni qüvvələrinin 1990-cı illərin əvvəllərində ələ keçirdikləri Dağlıq Qarabağdan kənarda Azərbaycan torpaqlarından imtina etməsi ilə bağlı kompromislə razılaşmağı tövsiyə edib, lakin erməni tərəfi bunu qəbul etməyib. Putin “Ermənistan rəhbərliyinin fərqli yol tutmasından” təəssüfləndiyini də bildirib.

Qeyd edək ki, 2020-ci il döyüşləri zamanı Azərbaycan nəinki həmin əraziləri, həm də Dağlıq Qarabağın əhəmiyyətli hissələrini geri alıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar