Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstənilməyən Soçi görüşü Bakı və Yeravanı sülhdən yayındırmağa çalışacaq...

Böyük ehtimalla bu görüş ciddi nətəcələrlə yadda qalmayacaq və yəqin ki, Putin Soçidə minimumla kifayətlənməli olacaq...

Bu gün Soçidə AzərbaycanErmənistan liderləinin Putinin vasitəçiliyil ilə görüşü baş tutacaq.

PİA.az xəbər verir ki, görüşün dəqiq vaxtı hələ də elan olunmayıb. Lakin RusiyaErmənistandan verilən açılamalar görüşün bu gün baş tutacağını göstərir. Azərbaycan tərəfi isə Soçi görüşü haqqında bu günə qədər heç bir açıqlama verməyib. Rəsmi Bakı hətta prezident İlham Əliyevin bu görüşdə iştirak edib-etməyəcəyi, göerüşdə nələrin müzakirə olunacağı barədə də heç bir məsələyə açıqlalıq gətirməyib.

Daha əvvəllər də Bakı gözlənilən görüş barədə elə də çox danışmaz və açıqlamalar verməzdi. Lakin hazırkı məqmda rəsmi Bakının tam ssusqunluq nümayiş etdirməsi onu deməyə əsas verir ki, Soçidə keçiriləcək görüş heç də arzu olunan deyil. Görünür ki, rəsmi Bakının bir çox narahatlıqıarı var və bu narahatlıq da hər şey dən əvvəl Brüssel görüşlərində əldə olunan nəticələrin Soçidə ziyan görməsi ilə bağlı ola bilər.

Görüş öncəsi Rusiya telekanallarının və təbliğat kampaniyasının birmənalı şəkildə Azərbaycana qarşı yönəlməsi, həmçinin Putinin “Valday” klubunda çıxışı onu deməyə əsas verir ki, Azərbaycanın israrla Ermənistanla sülh müqaviləsi bağlamaq istəməsi Moskvanı heç də təmin etmir. Moskva daha çox münqaişənin indiki status-kvo ilə dondurulmasını istəyir və görünür ki, Soçidə verəcəyi təkliflər də buna dayanacaq.

Ermənistan liderinin də Soçi görüşünə məcbur qaldığı da görünməkdədir. Çünki münaqişənin dondurulması Ermənistana da qeyri-müəyyənlik bəxş edir və Yeravanda blmirlər ki, bir 20 ildən sonra hansı sürprizlərlə üzə gələ bilərlər. Hər halha sülh müqaviləsi imzalayaraq Ermənistan bundan sonrakı dönəmdə regionun iqtisadi və sosial həyatına inteqrasiya edə bilər və Rusiyanın maraqları isə Ermənistanı yenidən bundan məhrum edir.

Lakin Paşinyanın yaranmış vəziyyətdən yararlanmağa da çalışır. “Mən sülhməramlılarının Qarabağda qalmasını 10-15, hətta 20 il uzadılmasını imzalamağa hazıram”, deyən Paşinyan bununla əslində Soçi görüşünün ağırlığını və məsuluyətini də Putinin üzərinə qoyur. Yəni Paşinyan deyir ki, “Qarabağdan Rusiyanı çıxaran tərəf mən yox, Azərbaycan tərəfidir və əgər siz Bakını buna razı sala bilsəniz mən Rusiyanın Qarabağda qalmasına razıyam”.

Bəs Soçi görüşünün hansı nəticələri ola bilər? Böyük ehtimalla bu görüş ciddi nətəcələrlə yadda qalmayacaq. Tərəflər sərhədlərini delimitasiya və demarkasiyası ilə bağlı hansısa cüzi nətəicələr əldə edə bilərlər və yəqin ki, Putin Soçidə elə bununla da kifayətlənməli olacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar