Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda kilsə jurnalistlərə məhdudiyyətlər tətbiq etdi

Gürcü Pravoslav Kilsəsi ölkə ərazisində medianın işini məhdudlaşdıran qaydalar tətbiq edib...

PİA.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Patriarxlığın sözçüsü Andria Caqmaidze oktyabrın 28-də jurnalistlərə bildirib.

"Son vaxtlar jurnalistlər tez-tez dini mərasimlərdən əvvəl din xadimlərinə müraciət edirlər və din xadiminin imtinası jurnalistin qıcıqlanmasına səbəb olur. Digər tərəfdən, din xadiminin kilsədə ibadətə sakit və rahat şəkildə başlaması prinsipial əhəmiyyət kəsb edir", - Caqmaidze bəyan edib.

O vurğulayıb ki, məbədlərdə mətbuat nümayəndələri üçün yerlər müəyyən ediləcək. Bundan əlavə, kütləvi informasiya vasitələri bayram tədbirlərini işıqlandırmaq üçün artıq akkreditasiya almalı olacaqlar.

Caqmaidze qeyd edib ki, yuxarıda göstərilən məhdudiyyətlər qanunla nəzərdə tutulub. O, həmçinin xatırladıb ki, Gürcüstanda çoxdan media üçün oxşar qaydaları tətbiq edən təşkilatlar var.

pia.az 


Etiket: Kilsə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar