Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirliyin tədbirində sözlərin səhv yazılması gündəm oldu - Foto

Tədbir zamanı sərgilənən slaydda bəzi orfoqrafik xətalara yol verilib...

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın ictimai müzakirəsi təşkil edilib.

Tədbir zamanı sərgilənən slaydda bəzi orfoqrafik xətalara yol verilib.

Belə ki, birinci cümlədə “səviyyələrini” sözü “səviyyələtinə”, həmin cümlədə “tövsiyə” sözü “tövsiyyə”, ikinci bənddə “şagirdlərlə” sözü “şagirdlər”, beşinci bənddə “valideyn” sözü “valideyin”, altıncı bənddə “saxlanılması” sözü “saxlanması”, yeddinci bənddə “psixoloqa” sözü “pisxoloqa” şəkildə yazılıb.
Qeyd edək ki, slayd Nazirliyin saytından yığışdırılsa da, sosial şəbəkələrdə xeyli paylaşılıb və müzakirələrə səbəb olub.

Xatırladaq ki, bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev bəzi müəllimlərin “şaftalı”, “asfalt” sözlərini düzgün yaza bilmədiyini deməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.(yeniavaz)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Ən çox oxunanalar