Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şərq Bazarı” 4 aydır niyə insan üzünə həsrət qalıb? - Video

Şaurmanın qiyməti 9 manatdan başlayır...

Bakının Nərimanov rayonunda yerləşən tarixi “Şərq Bazarı” kompleksi artıq 4 aydır bərpa və yenidən qurmadan sonra istifadəyə verilib. Bazarın orijinal tarixi görünüşü müasir çalarla göz oxşayan harmoniya yaradıb.

Pravda.az-ın əməkdaşı hazırkı vəziyyətlə tanış olmaq üçün “Şərq Bazarı”na yollanıb. Bazardakı ab-havanı bilmək üçün qapıdan içəri baxmağınız kifayətdir.

Satıcılardan və restoran işçilərindən başqa gözə dəyən heç kim yoxdur. Bazar təmirə bağlanarkən Nərimanov Rayon İcra Hakimiyyəti verdiyi açıqlamada bildirmişdi ki, “bazardakı müasir iaşə məkanları yerli və əcnəbi turistlərin daimi görüş yerinə çevriləcək”. Bazarın nəzdində ədviyyat, quru meyvələr, təbii təbabət və kənd təsərrüfatı məhsulları, suvenir mağazaları, kiçik və böyük həcmlərdə dulusçuluq, papaqçılıq, xalçaçılıq kimi emalatxanalar, Şərq üslubunda hamam, milli restoran, kafelər və s. obyektlər fəaliyyət göstərir. Lakin gördüyümüz qədəri ilə, “Şərq Bazarı”nda müasir iaşə obyektləri nəinki turistlərin, yerli sakinlərin də üzünə həsrət qalıb. Bazarın satıcıları ilə də söhbətləşdik. Məlum oldu ki, tək bir gün yox, 4 aydır vəziyyət belədir. Qiymətlərlə tanış olmaq üçün bir restoranın menyusuna baxdıq. Nə üçün bu qədər az adam gəldiyi, təxminən, bəlli oldu. Adi şaurmanın qiyməti 9 manatdan başlayır. “Dodaq uçuqladan” qiyməti görüb, biz də bazarı tərk edəsi olduq.

“Həmişə alıcılarla qaynayan köhnə bazarın yeri görünür” desək, yanılmarıq. “Şərq Bazarı” ötən əsrin 80-ci illərindən paytaxt sakinləri üçün doğma məkana çevrilmişdi. Yeri gəlmişkən, bazar 1982-ci ildə memarlar P.İ.Yarinovski və U.V.Revazovun layihələri əsasında inşa olunub və 2001-ci ildə Nazirlər Kabinetinin qərarı əsasında respublikanın tarixi memarlıq abidələri siyahısına daxil edilib. Eyni zamanda Azərbaycan tarixində Şərqin ən böyük memarlıq nümunəsi olan “Ağa Xan” memarlıq mükafatına namizəd olan ilk layihədir. Yenidən qurulan kompleks şəhərimizin gözəlliyinə gözəllik qatıb. Küllü miqdarda dövlət büdcəsi hesabına ərsəyə gələn kompleksin təbliğatı niyə bu qədər aşağı səviyyədə aparılır? Qiymətlərə niyə nəzarət edilmir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Pravda.az-a açıqlamasında bildirib ki, “Şərq Bazarı” tarixi abidə sayılır:

“Bazarda yenidənqurma işləri aparılandan sonra tamamilə fərqli xarici görünüş alınıb, içində böyük işlər görülüb, yenilənib. Bunu nəzərə almaq lazımdır. Biz bazar iqtisadiyyatında yaşayırıq və bazar iqtisadiyyatını inkişaf etdiririk. MDB məkanında bir çox ölkələrdə görmüşəm ki, köhnə bazarları bu formada bərpa edirlər, daha da gözəlləşir, təmizlənir. Amma bazar iqtisadiyyatını nəzərə almaq lazımdır. Bazarın fəaliyyəti isə daha çox qiymət siyasətindən, satıcılar, alıcılar üçün yaradılan şəraitdən asılıdır. Nəqliyyat məsələsi də vacibdir. Ora nə qədər rahat nəqliyyat işləyir? Qarşısında avtomobillər üçün parklama yeri nə boydadır? Kifayət qədər varmı? Eyni zamanda sadə insanlarda belə bir təsəvvür yaranır ki, bazar köhnə bazardırsa, köhnə formatda qalıbsa, deməli, orda qiymətlər də ucuzdur. Amma yenidən tikilən bazarlarda adətən düşünürlər ki, qiymətlər yüksək olacaq. Mən səbəb kimi bu faktorları görürəm. Düşünürəm, “Şərq Bazarı”nı idarə edənlər xüsusi aksiyalar keçirməli, mediada aktiv olmalı, qeyri-adi təkliflər irəli sürməlidirlər. Məsələn, ayın sonuna qədər hansısa məhsullarda endirimlər ola bilər, yaxud xüsusi bonus kartları tətbiq etsinlər, vətəndaşlar alış-veriş edəndən sonra müəyyən vaxt ərzində yığılan bonuslardan istifadə edə bilsinlər. Bütün bunlar klassik iqtisadi alətlərdir, düşünürəm, bunlardan da istifadə etmək lazımdır. Təbliğat və təşviqat çox vacibdir”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

Ən çox oxunanalar