Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd İsmayılov Celal Korkutla görüşdü - Foto

Görüşdə səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb...

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Demirören” İnformasiya Agentliyinin (DHA) baş direktoru Celal Korkutun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə DHA-nın Təhsil Layihələri qrupunun direktoru Nuran Çakmakçı, İnsan Resursları qrupunun rəhbəri Elif Karacaoğlu və Trend Beynəlxalq İnformasiya Agentliyinin direktoru İlqar Hüseynov iştirak ediblər.

Görüş zamanı Əhməd İsmayılov qonaqlara Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, Medianın İnkişafı Agentliyinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, çap və onlayn mediaya dəstək proqramları, “Media haqqında” Azərbaycan Respublikası Qanunu, Media Reyestrinin aparılması qaydaları barədə ətraflı məlumat verib. O, media sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi baxımından görüşün əhəmiyyətini qeyd edib, medianın inkişafı istiqamətində aparılan fəaliyyətin müxtəlif tərəflərlə əlaqələndirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Görüş zamanı Təhsil Layihələri Qrupunun Direktoru Nuran Çakmakçı, İnsan Resursları qrupunun rəhbəri Elif Karacaoğlu Türkiyədə yaradılan Demirören media peşə və texnologiya liseyi layihəsi haqqında ətraflı məlumat verib.

Görüşdə səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

MSK Qələndər Muxtarlının şikayətini təmin etməyib

Rusiyada Böyük Vətən müharibəsində həlak olan 268 nəfərin qalıqları dəfn olunub

Ən çox oxunanalar