Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marneulidə şagirdləri diz çökdürərək cəzalandıran müəllim işdən çıxarılıb - Yenilənib

Cəzalandırma metodu ictimaiyyətin narazılığına səbəb olub...

Marneulinin Qırıxlı kənd məktəbində 4-cü sinif şagirdlərini diz üstə çökdürərək cəzalandırmış gürcü dili müəllimi Rəhman Musayev işdən azad edilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə məktəbin direktoru Mehman Musayev yerli mediaya açıqlamasında bildirib. O, qardaşı oğlu Rəhman Musayevin səhhətində problem olduğunu, ona görə də bu gün işdən çıxmaqla bağlı ərizə yazdığını, ərizənin qəbul edildiyini bildirib.

Direktor hadisənin araşdırıldığını, uşaqların valideynləri ilə əlaqə saxladığını qeyd edib:

“Onlar övladlarının evdə bu barədə heç nə danışmadığını bildiriblər",- deyə Mehman Musayev bildirib.

***

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Qırıxlı kənd ictmai məktəbində müəllimin şagirdlərini cəzalandırma metodu ictimaiyyətin narazılığına səbəb olub.

APA-nın yerli bürosu “Aktual.ge” portalına istinadən xəbər verir ki, kənd məktəbində gürcü dili fənnini tədris edən müəllim dərsə hazırlıqsız gəlmiş 4-cü sinif şagirdlərini diz çökdürərək cəzalandırıb və onların fotosunu çəkərək paylaşıb.

Müəllimin cəzalandırma metodu ictimai fəalların narazılığına səbəb olub və faktın araşdırılması tələb edilib.

Marneuli Resurs Mərkəzindən (maarif şöbəsi) faktın doğruluğu təsdiqlənib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar