Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Makronla bu məsələləri müzakirə etdi

Rusiya tərəfi Ukraynanın AES obyektlərinə, o cümlədən fəlakətli nəticələrlə dolu olan radioaktiv tullantıların anbarına müntəzəm hücumlarına diqqət çəkib...

Rusiya Federasiyası və Fransa prezidentləri arasında telefon danışığı olub.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Vladimir Putin və Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyəti, Zaporojye AES-i və Qara dəniz limanları vasitəsilə taxıl tədarükü ilə bağlı məsələləri müzakirə ediblər. Rusiya tərəfi Ukraynanın AES obyektlərinə, o cümlədən fəlakətli nəticələrlə dolu olan radioaktiv tullantıların anbarına müntəzəm hücumlarına diqqət çəkib. Rusiya Prezidenti stansiyanın fiziki mühafizəsini təmin etmək üçün rusiyalı mütəxəssislər tərəfindən görülən tədbirlər barədə məlumat verib və stansiyanın atəşə tutulmasının dərhal dayandırılması üçün Kiyev hakimiyyətinə təsir göstərməyin zəruriliyini vurğulayıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) iştirakı ilə Zaporojye AES ətrafındakı vəziyyətlə bağlı siyasiləşdirilməmiş əməkdaşlığa qarşılıqlı hazırlıq ifadə olunub.

Vladimir Putin həmçinin vurğulayıb ki, Ukrayna təhlükəsizlik qüvvələri Qərb ölkələrinin verdiyi silahlardan istifadə edərək, Donbass şəhərlərinin mülki infrastrukturunu kütləvi atəşə tutmağa davam edir və bunun nəticəsində mülki əhali əziyyət çəkir.

Qlobal ərzaq təhlükəsizliyi problemləri müzakirə edilərkən, Qara dəniz limanlarından ixrac olunan taxılın ilk növbədə inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına yönəldilməli olduğu mövqeyi təsdiqlənib. Rusiya Prezidenti bildirib ki, Avropa Komissiyasının Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin Afrika, Yaxın Şərq və Latın Amerikası bazarlarına tədarükünə maneə yaratmaması son dərəcə vacibdir.

pia.az


Etiket: Putin Makron


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Ən çox oxunanalar