Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nəticələr yaxşı olarsa, təhsildə "şaftalı ili" elan olunsun" - Deputat

"Alma şaftalıdan daha çox informasiya assosiasiya edir. O, xeyir və şər haqqında informasiya daşıyır-idrak məhsuludur. Cənnət alması deyilən alma növü var. Alma vitamin mənbəyidir. Almanın düşmə trayektoriyası Nyutona ümumdünya cazibə qanununu kəşf etməyə yardımçı oldu. "iPhone"da dişlənmiş almanın şəkli var. Süni intellekt anlayışının müəllifi Türinq zəhərli almadan bir dişlək alarkən zəhərlənib və ölüb… Yaxşı ki, Nyutonun başına şaftalı düşməyib".

PİA.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

Deputat bildirib ki, gələn dəfə sertifaksiya imtahanında ustad yazıçı Səməd Behrənginin kiçik dostuna danışdığı nağılı salmaq lazımdır: "O nağılda, iki uşağın əkdiyi bir şaftalı tumunun cücərib böyüyərək ağac olana qədər baxın nələr gəlir başına: “…Beləliklə, mən hərəkətdən və hərarətli əllərdən düşdüm, torpağın altında xoş və şirin yuxuya getdim ki, yazda daha hazırlıqlı və daha qüvvətli ayılım, cücərim, torpaqdan çıxıb Polad ilə Sahibəli üçün çoxmeyvəli ağac olum. Elə ağac ki, onun şaftalıları mənə baxanda, öz gözəlliyindən utanan qızların qızarmış yanağına oxşasın, sulu və iri olsun. Qışda gördüyüm yuxulardan yadımda bir şey qalmayıb. Ancaq o yadımdadır ki, yekə ağac olmuşam. Polad və Sahibəli mənim gövdəmə dırmaşıb budaqlarımı silkələyirlər. Ağacın ətrafında toplaşan yarıçılpaq kəndli uşaqları yerə tökülən şaftalıları götürüb ləzzətlə yeyirlər. Ağızlarının suyu sinələrinə tökülür, çılpaq qarınlarını və hətta göbəklərini də isladır…” Müəllimlərin hər biri bu mətni oxuyub Elm və Təhsil nazirliyinin rəhbərliyinə danışsınlar. Sonra onların bilikləri ölçülsün. Sonra nazirliyin rəhbər şəxslərindən tutmuş sıravi işçilərə qədər hamısı mətndəki cümlələri sintaksis təhlil etsinlər. Sonra onların biliklərini yüksək bal toplayan müəllimlər yoxlasınlar. Nəticələr yaxşı olarsa, təhsildə "şaftalı ili" elan olunsun!".(Pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Tramp: Harris qalib gəlsə, ABŞ-də yeni “Böyük Depressiya” olacaq...

Ən çox oxunanalar