Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücü və sərnişinlərə şad xəbər: Bakının əsas prospekti açıldı

Bütün qüvvə və vasitələrdən istifadə olunmaqla hərəkət iştirakçılarının məmnunluğu təmin edilib...

Paytaxtın Tbilisi prospektində tətbiq olunan məhdudiyyət tam aradan qaldırılıb.

Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

Prospektdə görülən təmir-bərpa işləri hazırda hərəkət iştirakçılarının yoldan rahat və təhlükəsiz istifadəsinə imkan yaradıb. AAYDA tərəfindən aparılan təmir işləri sözügedən prospektdə hərəkət intensivliyi nəzərə alınaraq, əsasən gecə saatlarında, eləcə də həftəsonları icra edilərək qısa müddət ərzində yekunlaşıb. Zərurət yarandığı hallarda gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz satlarında da davam etdirilib. Bütün bu müddət ərzində hərəkət iştirakçılarının təhlükəsizliyi üçün DYP tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

Belə ki, təmirlə əlaqədar yolda tətbiq olunan məhdudiyyətlər, eləcə də hərəkətin təşkili ilə bağlı görülən tədbirlər barədə DYP tərəfindən əvvəlcədən ictimaiyyətə geniş məlumat verilib, habelə təmir işlərinin aparıldığı müddətdə sutka ərzində xidmətə cəlb olunan YPX əməkdaşları sürücü və piyadaların yoldan təhlükəzsiz və fasiləsiz istifadəsi üçün şərait yaradıblar, bütün qüvvə və vasitələrdən istifadə olunmaqla hərəkət iştirakçılarının məmnunluğu təmin edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar