Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbsdəki "mahmudovçu" general Elçin Quliyev "havalanıb"

Elçin Quliyev cinayət yolu ilə əldə edilən əmlaklarının əlindən alınmasına dözə bilməyib ya da özünü qəsdən o cür aparır...

9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə prezident fərmanı ilə ləğv edilib) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev özünü ruhi xəstələr kimi aparır: o, ya bunu qəsdən edir, ya da artıq psixikası pozulub.

Bu haqda Rüfət Səfərov müəssisədəki mənbələrinə istinadən məlumat yayıb.

Özünün sosial şəbəkədəki hesabında o yazır:

"Ciddiyyətinə şübhə etmədiyim məhkumlar məlumat verirlər ki, 2015-ci ilin dekabr ayından həbsdə olan Quliyev "zon"un müşahidə kameralarının altında uzun müddət gah gülür, gah da ağlayır.

Ötən həftə əməkdaşlardan biri məhkumların yanında "Nə baş verib, Quliyev? Bayaqdan diqqət edirik, başınızı tutub ağlayırsınız. Sonra qəfil gülməyə başladınız. Gülə-gülə kimə qışqırırdınız?" sualını ünvanlayanda "Saxta qərarlar verən hakimlərə qışqırırdım, həm də gülürdüm ki, vaxt gələcək, cənab prezident hər birinizi tək-tək cəzalandıracaq!" cavabını verib.

Keçmiş dustaq yoldaşları bildirirlər ki, Elçin Quliyev bənzər davranışlar tez-tez sərgiləyir. Ola bilsin ki, hansısa psixi xəstəlikdən əziyyət çəkməyə başlayıb. Ya da düşünür ki, özünü dəliliyə qoyub, anlaqsız kimi aparmaqla azadlığını tezləşdirə bilər".

Yada salaq ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin çıxardığç hökmlə Elçin Quliyev 10 il 6 ay, onunla birgə mühakimə olunan Azər Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə hər iki "mahmudovçu"nun rütbələri ilə bağlı da qərar elan olunub. Onların hərbi rütbədən məhrum olunması ilə bağlı ölkə başçısına təqdimat göndərilib və müvafiq qərar qəbul edilib. Hər iki məhkuma qarşı Dövlət Təhlükəsizlik Xidmətinin mülki iddiası təmin edilib.

Hökmə əsasən DTX-nın təqsirləndirilən E.Quliyevə qarşı qaldırdığı 7 milyon 736 min 58 manatlıq mülki iddiasını təmin olunub.

General və polkovnikin əmlakları dövlətin xeyirinə müsadirə edilib.

Bildirək ki, generalın aşağıdakı əmlaklarına həbs qoyulmuşdu, hökmdən sonra müsadirə edilmişdi:

-90 TT 757 nömrəli "Mercedes BENZ GL 500”- 105 min manat 

-90 HH 757 nömrəli "Mercedes BENZ C200”- 64 min manat 

-Mərdəkan qəsəbəsində bağ sahəsi- 172 min manat 

-Ceyranbatan qəsəbəsində torpaq sahəsi- 27 min 500 manat 

-Nabranda torpaq sahəsi 12 min manat.

Əmlakları müsadirə olunan, özü isə "qırmızı zon"a göndərilən Elçin Quliyevin "havalanması" bir çoxları üçün gözlənilməz deyil. (musavat.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar