Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq şiələri İrana niyə qəzəblidir? - Tehranın Bağdaddakı mövqeləri sarsıla bilər...

Tehran Müqtəda əs-Sədrin siyasətdən çəkilməsini istəyir...

Politoloq: “Əslində, Tehranın Bağdaddakı mövqelərini sarsıtmaq üçün bütün bu proseslər baş verir. Yəni ana hədəf budur”

“Normal bir hökumətin formalaşması da hələ İraqda baş tutmayıb. Əslində bu çaxnaşmaların əsas səbəblərindən biri də budur ki, normal, güclü bir hökumət qura bilmək üçün yenidən parlament seçkiləri keçirilməlidir, yaxud da ən azından İran yönlü hökumət iştirakçılarının tamamilə sayı azaldılmalıdır”.

Bu sözləri politoloq Natiq Miri İraqda baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

İraqda Müqtəda əs-Sədr tərədarlarının İranyönlü hökümətə qarşı etirazları davam edir. Müqtəda əs-Sədr tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında paytaxt Bağdadda baş verən qarşıdurmada ölənlərin sayı 30, yaralıların sayı 350-i keçib.

İraqın cənubunda da küçələri dolduran Sədr tərəfdarları etirazlara başlayıb və ölkə daxilində müddətsiz komendant saatı elan edilib.

Müqtəda əs-Sədr silahlı toqquşmalar dayanana qədər aclıq aksiyası keçirmək qərarına gəlib. Sədrin sağ əli Həsən Azəri sosial media hesabında yayımladığı açıqlamada belə deyib: “Liderimiz zorakılıq və silahlı qarşıdurma bitənə qədər aclıq aksiyasına başlayıb. Tərəfləri silahlı münaqişəyə son qoymağa çağırırıq”.

Xatırladaq ki, Müqtəda əs-Sədr tərəfdarları başçılarının siyasətdən çəkilmək qərarından sonra Yaşıl Zonada hökumət və prezident binalarına hücum ediblər. Onlara görə Sədri siyasətdən çəkilməyə zorlayan məhz İrandır.

Sədrin silahlıları ilə hökumət qüvvələri və Haşdi əş-Şabi milisləri arasında silahlı toqquşmalar gedir. Atışmaların davam etdiyi Yaşıl Bölgəyə minaatan mərmiləri də düşüb.

Son olaraq Müqtəda əs-Sədr öz tərəfdarlarını müraciət edərək hökümət binalarından çəkilmələri və silahlı mübarizəni dayandırmaq üçün bir saat vaxt verib və Sədrin tərəfdarları onu dinləyərək geri çəkiliblər.

Bəs İran İraq şiələrini hansı səbəbdən qəzəbləndirib və böyük qarşıdurmalarla müşahidə olunan bu etirazlar Tehranın Bağdaddakı mövqelərini sarsıda bilərmi? Yaxud da əksinə Tehran Müktəda əs-Sədri siyasətdən kənarlaşdırmağa nail olarsa, İraqı istədiyi kimi yönəldə biləcəkmi?

İraqda baş verən son hadisələri PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “İndiki hadisələr İranın İraqdakı mövqelərini zəiflətməyə və əgər mümkün olarsa, onları İraqdan çıxarmaq məqsədi, hədəfi daşıyır”.

İranın həm də İraqda olan ABŞ-ın mövqelərini zəiflətmək və bütövlükdə ABŞ-ın İraqdan çıxarılması üçün fəaliyyətdə olduğunu vurğulayan politoloq bildirib ki, bunun üçün təkcə sadəcə hakimiyyətdən kənarda deyil, hakimiyyət uğrunda da İran ciddi şəkildə mübarizə aparmaqdadır:

“Əslində, Tehranın Bağdaddakı mövqelərini sarsıtmaq üçün bütün bu proseslər baş verir. Yəni ana hədəf budur. Bildiyimiz kimi İran artıq İraqda bir çox proseslərə təsir etmək istəyindədir və bu yöndə konkret fəaliyyət ortaya qoyub. Hətta İranın İraqda maliyyələşdirdikləri terror ünsürləri hərbiləşdirilmiş struktur adı altında PKK ilə əməkdaşlıq edirlər.

Bütün bunlar əslində, mərkəzləşdirilmiş İraq dövlətinin və qonşu dövlətlərin, qardaş Türkiyənin əleyhinə olan proseslərdir. Ayrıca İran həm də İraqda olan ABŞ-ın mövqelərini zəiflətmək və bütövlükdə ABŞ-ın İraqdan çıxarılması üçün fəaliyyətdədir. Bunun üçün təkcə sadəcə hakimiyyətdən kənarda deyil, hakimiyyət uğrunda da İran ciddi şəkildə mübarizə aparmaqdadır. Məlumdur ki, bundan əvvəlki seçkilərdə İran parlamentdə çox əhəmiyyətli yerlər tutmuşdu. Ancaq son seçkilərdə İranın mövqeyi xeyli zəiflədi və parlamentdə tutduğu yerlərin sayı məhdudlaşdı.

Natiq Miri: “İraqda gələcək perspektivdə nələrin olacağını bəribaşdan proqnozlaşdırmaq çətindir”.

Buna baxmayaraq yeni bir hökumətin formalaşması ilə bağlı İran yenə də hərəkətə keçdi. İndiki hadisələr də İranın İraqdakı mövqelərini zəiflətməyə və əgər mümkün olarsa, onları İraqdan çıxarmaq məqsədi, hədəfi daşıyır. Ancaq bu o qədər də asan deyil. Buna görə də düşünürəm ki, bu qarşıdurmanın kökündə duran əsas hədəf İrandır.

Bu baxımdan bu qarşıdurmanı sülh yolu ilə həll etmək o qədər də asan olmayacaq. Hiss olunur ki, bu mübarizə getdikcə gələcək perspektivdə daha da kəskinləşə bilər. Çünki mərkəzi İraq hakimiyyəti zəifdir. Bu baxımdan İraq təkbaşına öz təhlükəsizliyini təmin edə bilmir. Hətta İraqın bəzi əraziləri, xüsusilə Şimali İraqda Fincan kimi bölgə demək olar ki, PKK terrorunun təkbaşına nəzarəti altındadır. İraq mərkəzi hakimiyyəti də buna qarşı heç nə edə bilmir.

Ayrıca normal bir hökumətin formalaşması da hələ İraqda baş tutmayıb. Əslində, bu çaxnaşmaların əsas səbəblərindən biri də budur ki, normal, güclü bir hökumət qura bilmək üçün yenidən parlament seçkiləri keçirilməlidir, yaxud da ən azından İran yönlü hökumət iştirakçılarının tamamilə sayı azaldılmalıdır. Hətta mümkünsə, İran ümumiyyətlə siyasi məsələlərdən uzaqlaşdırılsınlar.

Natiq Miri: “Türkiyə öz qonşuluğunda qeyri-stabil bir ölkə, ərazi istəmir. Çünki gələcəkdə bu qeyri-stabillik əslində bütün bölgəyə sıçraya bilər”.

Ancaq İraqda gələcək perspektivdə nələrin olacağını bəribaşdan proqnozlaşdırmaq çətindir. Çünki mərkəzi İraq hakimiyyəti o qədər zəifdir ki, İranın maliyyələşdirdiyi terror qrupları ilə qarşıdurmada açığı İrandan yana hər hansı bir proqnoz vermək çox çətindir. Buna görə düşünürəm ki, yaxın perspektivdə prosesin hansı yönə istiqamətini görəcəyik.

Həmçinin İranda İraqdakı fəaliyyətini ABŞ-da istəmir. Amma ABŞ-ın prosesə müdaxiləsinin hansı şəkildə olacağını da bəri başdan proqnozlaşdırmaq olmur. Hesab edirəm ki, yaxın həftələrdə bu məsələlərə aydınlıq gələcək. Ayrıca bir də qardaş Türkiyənin mövqeyi var. Türkiyə öz qonşuluğunda qeyri-stabil bir ölkə, ərazi istəmir. Çünki gələcəkdə bu qeyri-stabillik əslində bütün bölgəyə sıçraya bilər. Bunu da qardaş Türkiyə istəmir. Bunun səbəbi də İraq ərazisində Türkiyənin hərbi bazalarının olmasıdır. Bu hərbi bazalara da zaman-zaman müəyyən hərbi arteriya atışları olur. Bunun arxasında da təkcə PKK terrorçuları dayanmır. Bu məsələnin arxasında həm də İran durur. Buna görə də bu cür qeyri-müəyyənlik çözülmədən İraqda qeyri-stabillik davam edəcək. Bu da qardaş Türkiyəyə təsir göstərəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

İcra başçısının xanım müavini işdən çıxarıldı

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay