Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Duqinanın qatili olduğuğu iddia olunan qadın hansı ölkənin agentidir? - Natalya Vovkla bağl yeni faktlar açıqlandı...

Rusiya qadının “Azov” batalyonu ilə əlaqəsi olan casus olduğunu deyir, Ukrayna isə bunu təkzib edərək başqa iddia ilə çıxış edir…

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rusiyalı politoloq Aleksandr Duqinin qızı Darya Duqinanın qətlinin arxasında dayandığını iddia etdiyi Natalya Vovkla bağlı maraqlı təfərrüatlar ortaya çıxıb.

"CNN International" tərəfindən "Ukrayna işğalının mənəvi atası" kimi təsvir edilən rusiyalı politoloq Aleksandr Duqinin qızı Darya Duqinanın öldürüldüyü sui-qəsdlə bağlı hər gün yeni detallar ortaya çıxır.

Hurriyyet.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu yaxınlarda hücumun arxasında Ukrayna məxfi xidmətinin olduğunu iddia edərək, Natalya Vovk adlı ukraynalı qadının görüntülərini paylaşmışdı.

FSB iddia edir ki, Vovk həftələrdir Darya Duqinanı izləyən və Azov batalyonu ilə əlaqəsi olan ukraynalı casusdur.

Qətllə hər hansı əlaqəni inkar edən Kiyev administrasiyası isə bildirir ki, Vovkun onlara xidmət etdiyinə dair heç bir sübut yoxdur və Moskvanın bəyanatları ziddiyyətlidir.

Bütün dünyanın danışdığı Natalya kimdir?

Rusiya Federal Təhlükəsizlik Xidməti bildirir ki, Natalya 1976-cı ildə Ukraynanın Mariupol şəhərində anadan olub.

Kreml yönümlü Telegram kanalları qadının soyadının “Şaban” olduğunu iddia edib. “Facebook”un Rusiyadakı ekvivalenti olan “VKontakte”də silinmiş profil də bu iddiaları təsdiqləyir. Saytda sonuncu dəfə 2016-cı ildə aktiv olmuş Natalya Şabanın (Vovk) profili var.

FSB iddia edir ki, biri qız, biri oğlan olmaqla iki uşaq anası olan qadın sui-qəsddən əvvəl aparacağı müşahidə üçün qızı Sofiyanı Rusiyaya gətirib.

FSB-nin yaydığı məlumat və görüntülərə görə, Vovk iyulun 23-də 12 yaşlı qızı ilə birlikdə Rusiyaya daxil olub.

Donetsk Xalq Respublikasına məxsus qeydiyyat nişanlı “Mini Cooper” markalı avtomobillə sərhədi keçən qadın ölkəyə daxil olduqdan sonra nömrəsini dəyişərək Moskvaya gedib və Duqina ilə eyni binada mənzil kirayələyib.

Kirayə qaldığı mənzildə həftələrlə Duqinanı güddüyü iddia edilən qadın bombanı maşının altına qoyduqdan sonra avtomobilin nömrəsini dəyişərək Estoniyaya gedib.

Duqinanın mənzilinin pilləkənində və maşınının yanında çəkilən görüntülərdə Vovkun tanınmamaq üçün saçlarını sarıdan qaraya dəyişdiyi görünür.

Ukrayna iddia edir ki…

Rusiyanın əsas xəbər kanalı olan “RİA Novosti” Natalyanın atasının Ukrayna silahlı qüvvələrinin keçmiş üzvü olduğunu iddia edib, FSB isə onun Azov batalyonunun üzvü olduğunu sübut edən vəsiqəsinin fotosunu yayıb.

Azov batalyonu qadının heç vaxt ittifaq üzvü olmadığını və Rusiyanın yalan danışdığını açıqlayıb.

Zelenskinin müşaviri Mixail Podolyak bu ittihamları “Moskvanın uydurması” adlandırıb.

Ukraynayönlü Telegram hesablarında isə Natalyanın Andrey Vovk adlı birinci ərinin Donbasdakı separatçılarla əlaqəsi olduğu ehtimal edilir.

Sözügedən şəxsin Ukraynanı tərk etmək üçün saxta referendum təşkil etdiyi bildirilir.

Bu da Natalyanın Ukrayna yox, Rusiya tərəfinə işlədiyi ehtimalını ortaya qoyur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Ən çox oxunanalar