Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qalatasaray"ın baş məşqçisindən İkardi açıqlaması

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Mauro İkardinin komandaya mümkün transferindən danışıb.

PİA.az Offsideplus.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis PSJ-nin ulduzu ilə əlaqə saxladıqlarını təsdiqləyib. Buruk 29 yaşlı hücumçu və klub arasında bir irəliləyiş olmadığını dilə gətirib:

"Hücum xəttini gücləndirmək istəyirik. Ehtiyacımız var. Əlimizdəkilərdən daha fərqli bir oyunçu tapsaq, yaxşı olardı. İkardinin adı hallanıb, önəmli futbolçudur. Klubundan ayrılıb-ayrılmayacağını və ya Türkiyəyə gəlib-gəlməyəcəyini bilmirik. Çox yüksək məbləğdə maaş alan oyunçudur. Bu maaşın Türkiyədə verilməsi çətin işdir. O və bizim aramızda bir irəliləyiş olmadı".

Qeyd edək ki, PSJ-dən ayrılmaq istəyən Mauro İkardinin "Qalatasaray"a keçmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı. Argentinalı futbolçunun Paris təmsilçisi ilə sözləşməsinin müddəti 2024-cü ilə qədərdir.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar